Prezidentin çıxışından sonra bu nazirlər istefaya getdi - FOTO
Peruda bütün nazirlər istefa ərizəsi yazıb. Bu addım ölkə prezidenti ilə həmrəylik əlaməti olaraq atılıb.
22 Mart 2018 11:22 DünyaPeruda bütün nazirlər istefa ərizəsi yazıb.
Bu addım ölkə prezidenti ilə həmrəylik əlaməti olaraq atılıb.
Xatırladaq ki, dünən Peru prezidenti Pedro Kuçinski konqresmenlərə rüşvət verməsi ilə əlaqədar yaranmış qalmaqal fonunda istefa barədə ərizə verib.
Kuçinski canlı yayımda əhaliyə müraciət zamanı istefa verdiyini bəyan edib.
"Perunun inkişafına maneə olmaq istəmirəm. İstəmirəm ki, ölkə və mənim ailəm əziyyət çəksin", - deyə Kuçinski bildirib.
A24.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
