Gündəm
Masazırda duz gölü daşdı, yolu su basdı - VİDEO
Abşeron rayonunda duz gölü daşıb. Hadisə rayonun Masazır qəsəbəsi ərazisində baş verib. Nəticədə Masazır-Novxanı avtomobil yolunu su basıb.
Qubaya yağan qar alpinistlərin axtarışını çətinləşdirdi
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.
Yay gəlməmiş 100 nəfər dondurmadan zəhərləndi
Qazaxıstanın Çimkənt şəhərində dondurmadan kütləvi zəhərlənmə baş verib. Məlumata görə, 100 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Xəstəxanaya müraciət edənlərdən 38-nin ambulator müalicə üçün artıq evə buraxıldığı, qalan xəstələrin isə yaxın günlərdə buraxılacağı bildirilib.
Rusiyadan etiraf: ABŞ-ın bu addımından qorxuruq
Moskva ABŞ-ın Rusiya aktivlərinə sanksiyalar tətbiq edəcəyindən qorxur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.
Onlar Mətbuat Şurasının adından sui-istifadə edir – Əflatun Amaşov
Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb.
Firəngiz Mütəllimovaya itki üz verib
Xalq artisti Firəngiz Mütəllimovanın ailəsində ağır itki baş verib. Aktrisanın xalası oğlu dünyasını dəyişib.
İlin ən çox pul qazanan 10 məşhuru
Amerikanın Forbes jurnalı ilin ən çox qazanan məşhurlarını müəyyən edib.
“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır
“Azərişıq” ASC Respublikanın bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib və hazırda bu kəndlərdə ÖİN - SIP -(Özünüdaşıyan İzolyasiyalı Naqillər) xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanııb.
166 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. İstehsalat Birliyindən “OLAYLAR”-a verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, Birlik 2018-ci ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 166 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
GİN jurnalistlər arasınma müsabiqə keçirir
Gənc jurnalistlər arasında “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc müsabiqə elan olunub. “OLAYLAR” xəbər verir ki. Müsabiqə Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə təşkil olunur. “Narkomanlığa qarşı mübarizə” mövzusunda müsabiqəyə gənc jurnalistlə ən yaxşı müəllif yazıları təqdim edə bilərlə.
Ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 2 aprel - Kəlbəcər rayonunun işğalı günündə, Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, aksiya YAP-ın respublika ərazisində 700 min ağac əkmək və Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyasına qoşulmaq və bu aksiyalara dəstək məqsədilə həyata keçirilib.
Elan saytlarında “kukulka”, “Barbi”, “milaşka” axtaran kişilər
Bakıda 408 min dollarlıq dələduzluq edildi
Göyçay rayon sakini Aliyə Aslanova və Bakı şəhər sakini Rauf Dadaşov hüquq-mühafizə orqanlarına şikayət edərək Ramiz adlı şəxsin 2016-cı ildə onların 408 min ABŞ dolları məbləğində pullarını dələduzluq yolu ilə aldığını bildirib.
Həbsdəki bələdiyyə sədrinə yeni hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən və hazırda həbsdə olan Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevə cəza istənilib. Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək V.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib.
"Atam kimsəylə danışmaq istəmir" - Fuad Poladovun oğlu
"Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur.” Bu sözləri Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir: "Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız”, - o, daha sonra əlavə edib.














