Gündəm

"Hər gün 4 qadınla yatıram" - VİDEO

2 Aprel 2018 17:02

Sosial şəbəkə hesabından paylaşdığı fotolarla məşhurlaşan Instagram fenomeni Traver Beynon evli olmasına baxmayaraq, hər gün 4 qadınla birlikdə olduğunu etiraf edib.  

Azercell-lə 4G xidməti indi daha rahat

2 Aprel 2018 16:58

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC abunəçilərinə keyfiyyətli xidmət göstərməkdə davam edir. Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) modernizasiya layihəsini uğurla tamamlayaraq abunəçilərinin ixtiyarına verib. Artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell Ekspres ofislərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda 4G-ni seçməsi yetərilidir. Məlumat üçün bidirək ki, HSS layihəsində abunəçinin  istifadə edə biləcəyi xidmətlər  haqqında bütün məlumatlar bir bazada yerləşir ki, bu da abunəçiyə digər servis ve şəbəkələrə asanlıqla qoşulma və istifadə etmə imkanı verir.

Ahmet Çakar : " Qalatasaray azarkeşləri onurğasızdır "

2 Aprel 2018 16:53

Dünən oynanılan Qalatasaray 2:1 Trabzonspor oyununda " Şikəçi Trabzonspor " sözlərinin ardından danışan Ahmet Çakar, Trabzonspora şikəçi deyənləri ağır tənqid edib. O, Qalatasaray azarkeşlərini onurğasız adlandırıb. 

“Ermənilər” məşhur Azərbaycanlı xanım müğənnini İŞƏ SALDI - FOTO

2 Aprel 2018 16:52

Bir neçə gündür Feysbukda azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib. İfaçının şəxsi Feysbuk hesabı bir neçə günlük bloklanıb.

Bu ölkə seçkiyə pul tapa bilmədi

2 Aprel 2018 16:44

Əfqanıstanda parlament və regionların şura seçkilərinin tarixi eyni vaxta salınıb. Bu barədə informasiyanı Əfqanıstan Müstəqil Seçki Komissiyası yayıb. Komissiya parlament seçkisinin tarixini 7 iyuldan 20 oktyabra keçirib.

Bakıda ticarət mərkəzində oğurluq ANBAAN KAMERADA - VİDEO

2 Aprel 2018 16:43

Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb. "Qaynar xətti"nə göndərilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. "20 Yanvar" metrosu yaxınlığındakı ticarət mərkəzində mağazada baş verən oğurluq hadisəsi müşahidə kamerası vasitəsi ilə qeydə alınıb. 27-30 yaşları arasında bir gənc mağazada heç kimin olmadığını görərək içəri daxil olub və pul qabını götürüb.

Aprel şəhidlərinə həsr olunmuş kitabın təqdimatı keçiriləcək

2 Aprel 2018 16:38

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımız qan yaddaşımızdır” adlı kitab nəşr edib.

Ərdoğan: "Sonuncu terrorçu məhv edilənədək..."

2 Aprel 2018 16:32

"Afrində hərbi əməliyyat davam edir və bu, orada sonuncu terrorçu məhv edilənədək davam edəcək". Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident qeyd edib ki, "Zeytun budağı" əməliyyatı başlayandan Türkiyə Silahlı Qüvvələri 3872 terrorçunu zərərsizləşdirib. R.T.Ərdoğan onu da vurğulayıb ki, "Zeytun budağı" əməliyyatının hədəfi terrorçulardır.

10 qanunsuz miqrant saxlanılıb

2 Aprel 2018 16:30

Dövlət Miqrasiya Xidməti  qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir. “OLAYLAR” xəbər verir ki, Xidmət tərəfindən 1 nəfər Mərakeş və 1 nəfər Kamerun vətəndaşı saxlanılıb. Eyni zamanda Dövlət Təhlü­kə­sizlik Xidməti ilə birgə qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­birlər­ za­ma­nı daha 8 nə­fər Nepal vətəndaşı sax­­­la­nıl­ıb.

7 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN görüntüləri - VİDEO

2 Aprel 2018 16:27

Lənkəranda iki gün əvvəl baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Pulqabı oğurlayan qadın ələ keçib

2 Aprel 2018 16:23

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehriban Eyvazova saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən martın 31-də P.Seyidovanın içərisində 241 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mehriban Eyvazova saxlanıb. Araşdrıma aparılır.

Silsilə oğurğuqla məşğul olan şəxs saxlanıb

2 Aprel 2018 16:20

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il fevralın 10-dək olan müddətdə rayon ərazisindəki avtomobil dayanacaqlarının birindən elektik kabeli, 3 evdən inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qubad Bəşirov saxlanılıb.

Yanğın barədə xəbərdarlıq edən divar kağızı

2 Aprel 2018 16:19

Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına quraşdırılmış, qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır.