Aprel şəhidlərinə həsr olunmuş kitabın təqdimatı keçiriləcək
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımız qan yaddaşımızdır” adlı kitab nəşr edib.
2 Aprel 2018 16:38 Sosial"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il aprel ayında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə şücaət göstərmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlarımız qan yaddaşımızdır" adlı kitab nəşr edib. Bu barədə məlumat "OLAYLAR"-a İctimai Birlikdən daxil olub. Bildirilib ki, aprelin 3-də təşkilatın aprel şəhidlərimizə həsr olunmuş kitabın təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimi Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında keçiriləcək.