Gündəm
Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi yaradılıb
Bu gündən Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi öz işinə başlayıb. Məlumata görə, sözügedən mərkəz Tokio Polis İdarəsinin bazasında fəaliyyət göstərəcək. Yeni strukturda 500 müstəntiq və analitik işləyəcək.
“Google” şirkəti “Goo.gl” xidmətinin fəaliyyətini dayandırır
“Google” şirkəti URL ünvanların qısaldılması üzrə “goo.gl” xidmətinin fəaliyyətinə son verəcəyini elan edib. Hazırda sözügedən xidmət aktivdir, ancaq 18 apreldən etibarən yalnız qeydiyyatdan keçmiş istifadəçilər “goo.gl” hesabının konsolu vasitəsilə URL ünvanları qısalda biləcəklər.
Dünyada İLK - İnsan qulağından 10 trilyon dəfə kiçikdir
Dünyada ilk dəfə insan qulağından 10 trilyon dəfə kiçik olan mikrofon hazırlanıb. Amerikalı mütəxəssislər tərəfindən hazırlanan ən kiçik mikrofon insan qulağından təxminən 10 trilyon dəfə kiçik olmasına baxmayaraq, həssaslıqda insan qulağından geri qalmır. Bu günə qədər hazırlanan mövcud bütün rəqəmli qurğular ölçülərinə görə, insanın qulaq pərdəsindən kiçik olan (akselerometr və s.) sensorlar əsasında yaradılıb. Onların səsi qəbul edə bilmə sistemləri olduqca zəifdir.
Beynin fəaliyyətini artıran 7 MARAQLI ÜSUL
Bakı Mühəndislik Universitetinin tələbələri Beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub
“Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi 22-30 mart tarixlərində Hindistanın Amritapuri vilayətində Amrita Mühəndislik Məktəbinin bazasında keçirilib. Beynəlxalq təlim və müsabiqə “Harbour Space University”, “Amrita School of Engineering”, “Codeforces” və “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə keçirilib. “OLAYLAR” xəbər verir ki, təlimlər çərçivəsində keçirilən müsabiqələrdə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 dəfə ikinci, 5 dəfə birinci yer olmaqla) göstərərək, yekun nəticəyə görə, “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb.
Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir
Yevlax rayonunda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYAR”-a bildirilib ki, 9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilir. Bu işlər yolun 10 min kv.m-dən çox hissəsində aparılır. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri görülür.
Azərbaycan Prezidenti Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.
Prezident İlham Əliyev Mövlud Balakişiyevi “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Mövlud Balakişiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Tahir Əmiraslanovu “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Tahir Əmiraslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Şəhid qızını avtomobillə vurub öldürən şəxsin vəsatəti təmin edilmədi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili Muxtar Mustafayev çıxış edib.
Sevgilisini bıçaqlayan Aysel məhkəmə qarşısında
Türkiyənin Konya şəhərində sevgilisini 7 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlı Aysel.E-nin məhkəməsi başlayıb. Prosesdə ifadə verən Aysel özünü müdafiə edərək sevgilisini 6 aylıq körpəsini boğub öldürdüyü üçün bıçaqladığını deyib.
Göygöl rayonu ərazisində qumbaraatan mərmiləri aşkarlanıb
Bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Rusiya İrəvan üzərində nüfuzunu itirir - Kuznetsov
Ermənistan çox uzun müddət illüziyalarla yaşayıb. Güc və sabitlik ehtiyatı çoxdan tükənib. Bunu rusiyalı politoloq Oleq Kuznetsov Rusiyada keçirilmiş seçkilərin nəticələri və onların Cənubi Qafqaz regionundakı vəziyyətə təsiri məsələsini şərh edərkən deyib.
Premyer Liqa klubuna pis xəbər
"Vest Ham Yunayted"in yarımmüdafiəçisi Maykl Antonio mövsümü erkən başa vurub. 28 yaşlı havbek Premyer Liqanın 32-ci turunda zədələnib. Onun diz bağlarında problem aşkarlanıb.














