Göygöl rayonu ərazisində qumbaraatan mərmiləri aşkarlanıb
Bu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
2 Aprel 2018 18:07 SosialBu gün saat 14:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib.
Nəticədə 3 ədəd PQ-7L raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Apa.az