“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır
“Azərişıq” ASC Respublikanın bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib və hazırda bu kəndlərdə ÖİN - SIP -(Özünüdaşıyan İzolyasiyalı Naqillər) xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanııb.
2 Aprel 2018 17:26 Sosial"Azərişıq" ASC Respublikanın bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. "OLAYLAR" Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kV-luq "Ağcabədi-2" yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib və hazırda bu kəndlərdə ÖİN - SIP -(Özünüdaşıyan İzolyasiyalı Naqillər) xətlər çəkilir. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanııb.
İmişli rayonunda Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun kənarında yerləşən 35/6 kV-luq "Bəhrəmtəpə" yarımstansiyasında da genişləndirmə və yenidənqurma işləri aparılır. 35 kV-luq Aranlı və 35 kV-luq Zavod hava xətlərinın magistral yol kənarı ilə paralel keçən hissəsinin birləşdirilərək ikidövrəli dayaqlarla yenidən çəkilməsi istiqamətində ilkin proses başa çatıb. Həmçinin hazırda rayonun Telişli, Xəlfəli və Hacalmuradlı kəndlərində 0,4 kV-luq şəbəkələri yenidən qurulur.
Beyləqanda da yenidənqurma işləri sürətlə aparılıb və aparılmaqdadır. Belə ki, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yenidənqurma işləri başa çatdırılıb, kabelləşmə və smart kart tipli sayğaclar quraşdırılıb. Hazırda Beyləqan rayonunun mərkəzində 10 kV-luq Yağ zavodu hava xəttindən qidalanan KTM-lərin 0,4 kV-luq tərəfində və I Şahsevən kəndində yenidənqurma işləri davam etdirilir.
Zərdab rayonunun Dəkkoba, Dəli Quşçu və İsaqbağı kəndlərində də yenidənqurma işləri başa çatıb.
ARAN regionunun cəbhə bölgəsində yerləşən Ağdam rayonunda isə Sarıçoban və Ayaq Qərvənd kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidənqurma işləri yekunlaşıb, hazırda sayğacların quraşdırılması işləri aparılır. Rayonun Sarıcalı kəndində yenid'nqurmaya hazırlıq işlərinə start verilib.
ARAN regionunun cəbhə bölgəsində yerləşən digər rayonu Fizulidə isə ən böyük kəndlərdən olan Böyük Bəhmənli kəndində KTM-lərin qurlaşdırılması işi başa çatıb, hazırda 0,4 kV-luq şəbəkənini yenilənməsi işləri aparılır.