Gündəm

Rusiyaya sarsıdıcı zərbə: siyasi-iqtisadi bloklanma genişləndi

8 Aprel 2018 09:48

ABŞ-ın Putin və onun ətrafındakı oliqarxlara qarşı tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir və təkcə ölkəyə gediş-gəlişlə əlaqəli deyil, həm də sözügedən şəxslərin Qərb ölkələrindəki var-dövlətlərini əhatə edir.

Skripalın qohumundan Meyə müraciət: Yardım edin!

8 Aprel 2018 09:47

Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal viza almaqda köməklik göstərməsi üçün Böyük Britaniyanın Baş naziri Tereza Meyə müraciət edib.

ABŞ-da avtobusda atışma baş verib: 3 ölü

8 Aprel 2018 09:45

ABŞ-ın İllinoys ştatında avtobusda atışma baş verib.  Atışma nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə polis əməkdaşlarını avtobusun sürücüsü çağırıb. İlkin məlumata əsasən, 3 nəfəri güllələyən şəxs avtobusun sərnişini olub.

Gədəbəydə iki avtomobil toqquşdu - Sürücülər...

8 Aprel 2018 09:43

Gədəbəydə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Gədəbəy şəhərində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Arıqdam kənd sakini 1985-ci il təvəllüdlü İskəndərov Elçin İskəndər oğlu və “Prado”nun sürücüsü 1955-ci il təvəllüdlü Sadıqov Akif Nəbi oğlu müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. E. İskəndərovun vəziyyətin orta ağır, A. Sadiqovun vəziyyəti isə kafi qiymətləndirilir.

Bakı pravoslavları Pasxa bayramını qeyd edirlər

8 Aprel 2018 09:40

Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilir.

Vatikanda pornoqrafik materiallar yayan diplomat HƏBS OLUNDU

8 Aprel 2018 09:39

Vatikan tribunalı Vaşinqtondakı nunsiaturun sabiq əməkdaşı, pornoqrafik materiallar saxlamaq və yaymaqda ittiham olunan monsenyor Karlo Kapellanın həbsi barədə order verib.

Macarıstanda parlament seçkilərinə start verildi

8 Aprel 2018 09:38

Macarıstanda parlament seçkilərində səsvermə prosesinə start verilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılıb. Səsvermə saat 19:00-dək davam edəcək. Daha sonra səslərin sayılmasına başlanılacaq.

Slovakiyada helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

8 Aprel 2018 09:36

Slovakiyanın Spişska-Nova-Ves aerodromu yaxınlığında helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisə yerinə gələn həkimlər xəsarət alanlara köməklik edib və onlar xəstəxanaya yerləşdirilib. Yerli polis hadisənin səbəbini araşdırır.

Londonda hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

8 Aprel 2018 09:34

Londonun "Gatwick Airport" hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılan şəxsin 55 yaşı var və o terror materiallarının yayılması və terrorçuluğa təhrik etməkdə şübhəli bilinir.

Hesabına səhvən 30 milyon köçürdülər - İNDİ QAYTARMIR

8 Aprel 2018 09:33

Kemerovo sakini səhvən hesabına köçürülmüş 30 milyon rubl (885475 manat) pulu geri qaytarmaqdan imtina edib.

Şirin bibərin faydaları

7 Aprel 2018 22:27

Şirin bibər birillik tərəvəz bitkisi olub, qırmızı, yaşıl, sarı, narıncı, qəhvəyi rəngdə olan növləri vardır. Bu bitki Amerikanın tropik rayonlarında yabanı halda yetişir. Bu səbəbdən də bibərin vətəni Amerika hesab edilir. Bibər Amerikanın cənub, subtropik və tropik bölgələrində yabanı halda yetişməyinə baxmayaraq dünyanın bütün ölkələrinin mətbəxində istifadə edilir. Bibər müxtəlif isti ölkələrdə də yetişdirilir.

İnsan beyni 70 yaşda da yeni hüceyrələr yaradır

7 Aprel 2018 22:24

"The Guardian" yazır ki, alimlər 70 yaşlı sağlam insanların beyinlərində gənclərin beyinlərində olduğu qədər sinir hüceyrələrinin və ya neyronların olduğunu aşkar ediblər.

ABŞ-da hərbi vertolyot qəzaya uğradı: 2 ölü

7 Aprel 2018 22:22

ABŞ-ın Kentukki ştatında hərbi təyyarə qəzaya uğrayıb. Nəticədə iki hərbçi həlak olub. Aviaqəza aprelin 6-da axşam təlim uçuşu zamanı baş verib. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

İlham Əliyev Ağdaş və Bərdədə təhsilin inkişafına vəsait ayırdı - SİYAHI

7 Aprel 2018 19:24

Prezident İlham Əliyev Ağdaş və Bərdə rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Almaniyada yük maşınını insanların üzərinə sürdülər : 3 ölü, 30 yaralı

7 Aprel 2018 19:21

Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb.