Skripalın qohumundan Meyə müraciət: Yardım edin!
Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal viza almaqda köməklik göstərməsi üçün Böyük Britaniyanın Baş naziri Tereza Meyə müraciət edib.
8 Aprel 2018 09:47 DünyaSergey Skripalın qardaşı qızı Viktoriya Skripal viza almaqda köməklik göstərməsi üçün Böyük Britaniyanın Baş naziri Tereza Meyə müraciət edib.
Axar.az xəbər verir ki, Skripalın müraciəti "Skay Nyus"da yayımlanıb.
"Hazırda bütün dünya bu siyasi qalmaqaldan danışır, ancaq onun episentrində insanlar dayanır. Onlar bizim ailəmizdir, indi yanlarında olmalıyıq",- Viktoriya Skripal deyib.
Qeyd edək ki, Britaniya Sergey Skripalın qardaşı qızı Viktoriya Skripala viza verməkdən imtina etmişdi. London V.Skripalın sacuc ola biləcəyindən ehtiyatlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31