Gündəm

Cəlilabadda faciə: gənc oğlan boğuldu

7 Aprel 2018 19:19

Cəlilabad rayonunun Alar kəndi ərazisində gənc oğlanın meyiti aşkar edilib. Meyit 1990-cı il təvəllüdlü Fariq Xanəhməd oğlu Əliyevə məxsusdur. İlkin məlumata görə, oğlan kanalın üzərindəki bəndlə gedərkən ayağı büdrəyərək suya düşüb. Su kanalında boğulan gəncin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Onun siyasi karyerası bitəcək” - Ərdoğandan sərt açıqlama

7 Aprel 2018 19:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.

"Qalatasaray"ın yeni transferi Rusiyadan gələcək

7 Aprel 2018 19:15

"Qalatasaray" Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Cefferson Frafanı rənglərinə bağlamaq istəyir.  33 yaşlı perulu müddəti mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyib. İddiaya görə Türkiyə nəhəngi Farfana ildə 2,5 milyon avro maaş verməyə hazırdı. Mənbə cənubi amerikalının hələ 3 il öncə "Qalatasaray"a keçməyə yaxın olduğunu da vurğulayıb.

""Mançester Siti" və "Qarabağ"ın təklifindən imtina etdim"

7 Aprel 2018 19:14

"Fənərbağça"nın qapıçısı Volkan Dəmirəl müxtəlif vaxtlarda imtina elədiyi klubların adlarını açıqlayıb.  Türkiyə millisinin keçmiş üzvünün onun təklifini qəbul etmədiyi klublar arasında "Qarabağ" da var.

İstanbul boğazında qəza

7 Aprel 2018 19:13

İstanbul boğazında yük gəmisi sahilə çırpılıb. Məlumata görə, Misirdən səfərə çıxan Malta bayrağı altında üzən "Vitaspirit" adlı yük gəmisi tarazlığı itirərək Sultan Mehmet körpüsü altında restoranların olduğu bölgədə sahilə çırpılıb.

Prezident İlham Əliyev xəstəxana tikintisi üçün 7,6 milyon ayırdı

7 Aprel 2018 19:12

Prezident İlham Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu ölkədə 6 mindən çox ibadət evi bağlanır

7 Aprel 2018 19:10

Afrika qitəsinin şərqində yerləşən Ruanda Respublikasının prezidenti Pol Kaqame ölkədə 700-dən çox məscid və 6 minə yaxın kilsəni bağlamaq qərarını verib.

ABŞ 4 min illik SİRRİ üzə çıxardı

7 Aprel 2018 19:09

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Misirin Deyr əl Bəşra bölgəsindəki bir türbədə 103 il öncə kəşf edilən mumiyanın şəxsiyyətini təyin edib. 4000 illik sirli mumiyanın dişindən götürülən analiz sayəsində DNT testi edilib.

Türkiyə İraqa qoşun yeritdi - Terrorçulara qarşı əməliyyatlar başladı

7 Aprel 2018 19:07

Türkiyə Silahlı Qüvvələri Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbil şəhərinə bağlı Sidekan nahiyəsindəki dağlara əsgərlər göndərib. Bu iddia Ərbildə fəaliyyət göstərən “Rudav” qəzeti tərəfindən irəli sürüüb. Türkidəkan nahiyəsinin Şapan kəndinin nümayəndəsi Fariz Rəsulun verdiyi məlumata görə, Türkiyənin hərbi təyyarələri dünən gecədən bəri bölgəni bombalayır. Türkiyəyə aid 8 hərbi helikopter bu gün 7 kəndin dağlarına əsgər daşıyıb.

Messinin yeni hotelində 4 günlük seks partisi təşkil ediləcək

7 Aprel 2018 19:06

“Barselona”nın argentinalı ulduzu Lionel Messinin İbiza adasındakı yeni aldığı hoteli barədə şok iddia ortaya çıxıb.

İmişlidə məmur oğlu, sektor müdiri Ziya Paşayevin rəzalət dolu görüntüləri yayılıb

7 Aprel 2018 19:03

İmişli məktəblilərinə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində türklər demiş eşlik edən rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Paşayev Ziya Əlsafa oğlunun avtobusda, məktəblilərin qarşısında ikrah doğuracaq hərəkətləri göstərir ki, sektor müdiri eşlik etmir, sadəcə... Bakunews.az xəbər verir ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı bildirmişdi ki: “Elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur.

Ramazana az qaldı - Kimlər ORUC tutmalıdır?

7 Aprel 2018 18:58

Azərbaycanda bu il Ramazan ayı may ayının 17-də başlayır. Oruc tutumaq orqanizmin sağlamlığı deməkdir. Bəzi xroniki xəsətliklər orucla müalicə edilir. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur.

Vəfat edən məşhur həkim Səbinə Mirzəyevanın son görüntüləri - VİDEO

7 Aprel 2018 18:56

Yaxınları qəflətən beyninə qan sızan məşhur həkim Səbinə Mirzəyevanın yoxluğuna alışa bilmir. Onlar mərhum həkimin video və fotolarını sosial şəbəkələrdə yayaraq, onun ölümündən sarsıldıqlarını bildirirlər.

Aprelin 10-u Azərbaycanda “sükut günü”dür

7 Aprel 2018 18:54

Aprelin 11-nə təyin edilən Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar aprelin 10-u - növbəti həftənin çərşənbə axşamı “sükut günü”dür.  Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat aprelin 10-da saat 08:00-da dayandırılacaq.

12 avtomobili əzə-əzə getdi: Azərbaycanlı sürücünün dəhşəti - VİDEO

7 Aprel 2018 18:53

Türkiyənin İstanbul şəhərində qorxunc qəza qeydə alınıb. Azərbaycanlı sürücü Azər Əliyev yanacaq daşıyan maşınını təmir etmək məqsədi ilə saxlayaraq onun altına girib.