Gündəm
Xadimələrin sayrışan geyimi şagirdlərə də verilir?
Bu yaxınlarda süpürgəçilərə təqdim olunan yeni vahid formadan məktəblilərə də paylanacağı haqda yayılan məlumatlar əsassızdır.
"Bu konfrans Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir"
Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə 5-6 aprel 2018-ci ildə Bakıda keçirilmiş 18-ci nazirlər konfransı artıq Bakının dünyanın diplomatik mərkəzlərindən biri kimi tanınmasının göstəricisidir.
Azərbaycanda QİÇS qurbanlarının sayı
Bazarda satıcı ilə müştəri arasında dava düşdü - VİDEO
Heyvansevər qadınla cücə satıcısı arasındakı dava düşüb. Hadisə Türkiyənin İstanbul şəhərinin Kadıköy bölgəsindəki bazarda baş verib. Bazarda cücə satılmasına qarşı çıxan heyvansevər bir qadınla satıcı arasında mübahisə yaşanıb. Qalmaqal ətrafdakıların müdaxiləsi ilə sonlanıb. Hadisə bazardakı digər şəxslər tərəfindən anbaan lentə alınıb.
Almaniyada “Sosial şəbəkələr”lə bağlı qalmaqal
Almaniya hökuməti sosial şəbəkələrdə reklam xərclərini 10 dəfə artırıb. Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb. Qəzetin araşdırmasına görə, hökumət 2013-cü illə müqayisədə 2017-ci ildə sosial şəbəkələrdəki reklam üçün xərcləri 10 dəfə artırıb. Burada hökumətin sosial şəbəkələrdə reklam və təbliğat yazılarına çəkdiyi xərclər nəzərdən keçirilib.
Kosmosa lüks hotel buraxılır - Qonaqlar qəbul ediləcək
"Orion Span" startapı 2021-ci ildə orbitə "Aurora Station" adlı lüks sinfə aid hotel buraxmağı, 2022-ci ildə isə qonaqları qəbul etməyi planlaşdırır.
SAÇ DÜZÜMLƏRİ haqqında QEYRİ-ADİ FAKTLAR
Hər bir insanın həyatının ayrılmaz hissəsindən biri saçları və saçlara edilən düzgün baxımdır. Bunun üçün isə nə edilir? Əlbəttə ki, xanımlar gözəllik salonuna, bəylər isə bərbərə müraciət edir.
Çavuşoğlu ABŞ-ı AXMAQ adlandırdı: "66 illik müttəfiqliyi heçə sayıb..."
Amerikanın “Xarici Siyasət” (Foreign Policy) dərgisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Zeytun budağı” hərəkatının anlamı” başlıqlı məqaləsini yayımlayıb.
İbrahim Tatlısəsin oğlu sevgilisinə görə əlini sındırdı
Türkiyə şou-biznesinin imperatoru İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs sevgilisi Yasəmən Şevqatli ilə mübahisə edib.
Nazir: "Seçkil ərəfəsində düşmən təxribatlarının qarşısı qətiyyətlə alınsın"
Aprelin 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.
Əli Həsənov: “Anadolu Agentliyi Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm verib”
Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov "Anadolu Agentliyi Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm vermiş, informasiya embarqosunun götürülməsində böyük dəstək vermişdir" deyib.
"Möhtəşəm yüz il"in aktrisası TANINMAZ HALDA
“Möhtəşəm yüz il” tarixi serialı ilə minlərlə izləyicinin sevgisini qazanan aktrisa Məryəm Üzərli tanınmaz hala düşüb. Aktrisa çənə ucuna, dodaqlarına və yanaqlarına dolğu etdirib.
Əli Həsənov: "Kimlərinsə təhqir və söyüşlərinin mənimlə əlaqələndirilməsi cəhdini təxribat hesab edirəm"
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sosial şəbəkələrdə milli mənəvi-əxlaqi dəyərlərə zidd kampaniyanın həyata keçirilməsində Azərbaycan hakimiyyətinin və özünün adının hallandırılmasına münasibət bildirib.
DƏHŞƏTLİ QƏZA: 14 idmançı faciəvi şəkildə öldü
Kanadanın “Humboldt Bronkos” xokkey klubunun gənclərdən ibarət komandası Saskaçevan əyalətində faciəvi şəkildə qəzaya düşüb. Klubun avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində, avtobusda olan 28 idmançıdan 14-ü həlak olub. Ölənlərin 16-21 yaş arasında olduğu deyilir.
Sabah Bakıda 20 dərəcə isti olacaq
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.














