Xadimələrin sayrışan geyimi şagirdlərə də verilir?
Bu yaxınlarda süpürgəçilərə təqdim olunan yeni vahid formadan məktəblilərə də paylanacağı haqda yayılan məlumatlar əsassızdır.
7 Aprel 2018 16:10 SosialBu yaxınlarda süpürgəçilərə təqdim olunan yeni vahid formadan məktəblilərə də paylanacağı haqda yayılan məlumatlar əsassızdır.
Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Təhsil Nazirliyi ilə BŞBPİ-nin birgə layihəsi əsasında məktəblilərə də həmin geyimlərin verilməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib. V.Əsədov bu layihəni indi yox, bir neçə il bundan öncə həyata keçirdiklərini vurğulayıb:
"Bizim Təhsil Nazirliyinin xəttə ilə belə bir layihəmiz yoxdur. Lakin bundan qabaq Gənclər və İdman Nazirliyi işıq qaytarıcılar təşkil edib gətirmişdi. Birgə bir neçə tədbir həyata keçirdik. Məktəblilər üçün işıq qaytarıcıları olan xüsusi elementlər payladıq. Bu gün də hesab edirik ki, buna ehtiyac var. Günün qaranlıq vaxtları uşaqlar hərəkət edərkən işıq qaytarıcılar üzərlərində olduqda qaranlıq şəraitdə hərəkətdə olan avtomobilərin sürücüləri onları görür və yol qəza hadisəsi baş vermir. Bütün inkişaf etmiş ölkələrdə təhlükəsizliyi təmin etmək üçün bunlar var və istifadə edilir".
Qeyd edək ki, kommunal üçün geyimlərin paylanılmasından sonra Təhsil Nazirliyi ilə BŞBPİ-nin birgə layihəsi əsasında məktəblilərə də həmin geyimlərin veriləcəyi barədə xəbər yayılıb. Axar.az