Gündəm
Qarabağda erməni komandir əsgərini vəhşicəsinə döyüb xəstəxanalıq etdi
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal etdiyi ərazilərində yerləşən bölmələrdən birində daha bir əsgər vəhşicəsinə döyülüb. Hadisə Artur Areyanın komandiri olduğu batalyonda baş verib. Belə ki, batalyonun komandiri, mayor Artur Аreyan həqiqi hərbi xidmətə çağrılan əsgər Artur Simonyanı vəhşicəsinə döyüb. Əsgər aldığı xəsarətlərlə hərbi hospitala yerləşdirilib.
Türkiyə Rusiyadan yeni silahlar alır - NATO-ya AĞIR ZƏRBƏ
Rusiya ilə Türkiyə arasında razılaşdırılmış S-400 müdafiə sisteminin satışlarından sonra iki ölkə arasında əməkdaşlıq genişlənməkdədir.
Səbuhi Abbasov: "Prezidentin çıxışı tarixi çağırış kimi qiymətləndirilməlidir"
“Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etdi. Bu olduqca çox mühüm tarixi əhəmiyyətə malik hadisədir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
“Qoşulmama Hərəkatı Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir”
“Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasiminin keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
WhatsApp-da daha bir yenilik olacaq
“Wabetainfo” saytı “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib. Messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib.
Soyuq havalarda saçlara necə qulluq olunmalıdır?
Yaz mövsümündə günəş, hovuz, dəniz və tez yuma kimi səbəblərlə saçımız zəifləyərkən qışda da, hava şərtlərinin dəyişməsi və saçları zəiflətmə səviyyədə olması, insanların ən əhəmiyyətli aksessuarı olan saçlarına mənfi təsir edir. Qış mövsümündə qarlı yağışlı və soyuq havalar saçların sağlamlığını itirməsinə səbəb olur və bu səbəblə qış aylarında saçlar daha çox baxıma ehtiyac duyar.
Alim Qasımovdan möhtəşəm rəqs- VİDEO
Xalq artisti Alim Qasımovun sosial şəbəkədə yayılmış videosu izləyicilər tərəfindən maraqla qarşılanıb. Xalq artisti paytaxt restoranların birində səhnəyə çıxaraq, qol qaldırıb rəqs edib.
Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir
Respublika üzrə piylənmə ilə əlaqədar 4953 nəfər dispanser qeydiyyatındadır. Bu barədə Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.
Tanınmış aktrisası vəfat etdi - Günün üzücü xəbəri...
Türkiyənin tanınmış opera sənətçisi, aktrisa, rəssam, professor Sevda Aydan vəfat edib. Aktrisa bu gün səhər saatlarında İzmirdə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Senat Trampın namizədini dinləyəcək
ABŞ prezidentinin Senata Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyinin təsdiqlənməsi üçün etdiyi müraciətə aprelin 12-də baxılacaq. Senatın Beynəlxalq Münasibətlər Komitəsi tərəfindən keçiriləcək dinləmələrdə namizəd kimi irəli sürülən Mayk Pompeo senatorların suallarına cavab verəcək, daha sonra isə komitə onun namizədliyinin təsdiqi üçün səsvermə keçirəcək. Komitənin səsverməsi bitdikdən sonra isə M.Pompeonun namizədliyinin təsdiqi üçün Senatın ümumi səsverməsi keçiriləcək.
Körpə uşağa neçə aydan sonra ət vermək olar?
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar. Mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.
Dərinizi canlandırmaq üçün bu maskadan faydalanın!
Yazda dəri solğun və zəif olur, xüsusi baxım tələb edir. Saglamolun.az sizə bahalı krem və maskalardan heç də geri qalmayan maska reseptini təqdim edir. Bu maskanı tanınmış rus kosmetoloq Svetlana İonova saglamlıq verlişlərindən birində hazırlayıb. Maska çox sadədir.
Prezident seçkiləri ilə bağlı bəzi prosedur bu gün başa çatır
Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır. Məlumata görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.
Mafiozlar arasında atışmada polis zabitini ürəyindən vuran - Mahir Şükürov hadisə yerinə aparıldı
Türkiyədə təxminən üç il əvvəl mafiya üzvləri arasında küçədə baş vermiş silahlı toqquşmaya müdaxilə edən polis zabitini ürəyindən vuraraq öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı hadisənin baş verdiyi yerdə istintaq eksperimentinə cəlb edilib.
Dünyanın ən qədim Quranı nümayiş olunacaq: DUBAYDA
Dubayda aprelin 19-da əsas eksponatı Müqəddəs Quran kitabının nadir nüsxəsi (ən qədim nüsxələrdən biri sayılır) olan sərgi keçiriləcək. Məlumata görə, bu kitab Böyük Britaniyada Birminhem Universitetinin kitabxanasında aşkarlanıb.














