Səbuhi Abbasov: "Prezidentin çıxışı tarixi çağırış kimi qiymətləndirilməlidir"
“Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etdi. Bu olduqca çox mühüm tarixi əhəmiyyətə malik hadisədir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
7 Aprel 2018 12:41 Siyasət"Aprelin 5-də Bakı Konqres Mərkəzində "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak etdi. Bu olduqca çox mühüm tarixi əhəmiyyətə malik hadisədir". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
"Məlumat üçün qeyd edim ki, Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə necə sadiq olduğunu sübut etmiş olacaq. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Konfransda Prezident İlham Əliyevin çıxışı əslində regional və geosiyasi baxımdan tarixi çağırış kimi qiymətləndirilməlidir. Prezident çox açıq şəkildə dünya güclərini sülh yolunu seçməyə çağırdı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq fəsadlarından danışdı. Hesab edirəm ki, bu konfrans rəsmi Bakının siyasi gücünün dünyaya nümayişi idi"-deyə, S.Abbasov fikirlərini tamamlayıb. Sia.az