“Qoşulmama Hərəkatı Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir”

“Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasiminin keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir”. Bunu  politoloq Elxan Şahinoğlu deyib.

"Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasiminin keçirilməsi Azərbaycanın bölgədə oynadığı rol baxımından əhəmiyyətlidir". Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, yüzlərlə ölkənin xarici işlər naziri Bakıdadır, ayrıca xeyli ikitərəfli görüşlər keçirilib ki, bu da ölkəmiz üçün əhəmiyyətlidir: "Misal üçün götürək Hindistanı. Qoşulmama Hərəkatının Bakı toplantısında Hindistanın xarici işlər naziri xanım Suşma Svarac da iştirak edir. O tədbirdən əvvəl həm prezident İlham Əliyevlə, həm də xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Azərbaycanla Hindistan arasında münasibətlər inkişaf edir. Hindistan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Buna görə də Azərbaycan üçün bu ölkə ilə iqtisadi-ticarət əlaqələrini inkişaf etdirmək vacibdir. Hindistan Azərbaycanla birgə müəssisələr yaratmağa maraq göstərir. Hindistan Azərbaycandan keçən şimal-cənub dəmiryolunun tikintisində olduqca maraqlıdır. Hindistan bu nəqliyyat dəhlizindən istifadə etməyi planlaşdırır.

Başqa sözlə, Qoşulmama Hərəkatının Bakıda toplantısı olmasa idi bəlkə də Hindistanın xarici işlər nazirinin Azərbaycana səfəri gerçəkləşməzdi və ya başqa tarixdə gerçəkləşərdi. Ancaq o həm Hərəkatın toplantısında iştirak etdi, həm də Azərbaycanla əlaqələrin hansı müstəvidə inkişafı yollarını müzakirə etdi. Bu səfər Azərbaycan üçün də vacib idi.

Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır. Azərbaycan Qərbə qarşı nə Rusiyanın, Rusiyaya qarşı də Qərbin yanında dayanmaq istəyir. Qoşulmama Hərəkatı Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu da rəsmi Bakı üçün vacibdir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31