Gündəm

Sabunçuda xəstəxanada yanğın olub

8 Aprel 2018 11:37

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxananın təsərrüfat otağında 2 m² sahədə tibbi ləvazimat yanıb.

Nəhayət, sevgisini etiraf etdi

8 Aprel 2018 11:31

Müğənni Britni Spirsin bir ildən çoxdur eşq yaşadığı Sem Asgeri nəhayət sevgisini açıq şəkildə etiraf edib. 23 yaşlı Sem 36 yaşlı ifaçının 3 şəklini İnstaqram hesabında yerləşdirib və yazıb: "Mənə qarşı mehriban davranan insana sevgimi etiraf etmək üçün sabahı gözləməyə ehtiyac yoxdur".

Rusiyada ev yanıb, 5 nəfər ölüb

8 Aprel 2018 10:54

Bu gün Rusiyanın Novoqorod vilayətinin Volotovo qəsəbəsində fərdi evdə yanğın baş verib. Məlumata görə, yanğın nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb.

Braziliyanın sabiq prezidenti həbs edildi

8 Aprel 2018 10:50

Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula da Silva həbs edilib. Ötən günlərdə haqqında həbs qərarı çıxarılan Lula polisə təslim olmur və tərəfdarları prosesə müdaxilə edirdi. O, korrupsiyada ittiham edilir.

Cəbhədən xəbər var - Müdafiə Nazirliyi

8 Aprel 2018 10:49

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.

Yeganə: "Hacı seyfdən pul çıxarıb verdi ki, get, m aşını dəyiş"

8 Aprel 2018 10:48

İllər öncə oxuduğum "Taleyim" mahnısını yeni formada aranjeman etdirmişəm. Düzdür, bu mahnı remiks formada oxunub. Ancaq mahnının bəstəkarı Natiq Şuşalı bir həftə öncə vəfat etdi. Bu ifamı onun xatirəsinə ithaf edirəm. Mahnının yazılmasından təxminən iyirmi il ötsə də, bu gün də sevilir. Ondan sonra təsniflər, muğam, bəstəkar mahnıları oxudum. İndi də bu mahnıyla tanınıram.

Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb

8 Aprel 2018 10:26

Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqi nəticəsində 70 nəfər ölüb. Bu barədə BBC məlumat yayıb. Zəhərli qazla əlaqədar ölənlərin sayının artacağı istisna edilmir.

Seçkilərlə bağlı daha bir prosedur üçün Son Gün

8 Aprel 2018 10:24

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır. 

Türkiyədə zəlzələ

8 Aprel 2018 10:23

Türkiyədə 4,8 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanların episentri Bakı vaxtı ilə 01.16-da Ankaradan 147 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb.

Braziliyada etirazlar zamanı 9 nəfər xəsarət alıb

8 Aprel 2018 10:20

Braziliyanın Kurutiba şəhərində polis binası qarşısında baş vermiş toqquşmalar zamanı ən azı 9 nəfər yaralanıb. İxtışaşlara səbəb binaya ölkənin sabiq prezidenti Luis İnasio da Silvanın həbs cəzasını çəkmək məqsədi ilə gətirilməsi olub.

Göyçayda qadın intihara cəhd etdi - Vəziyyəti ağırdır

8 Aprel 2018 10:19

Hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb. Kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib.

Azərbaycanda uşaq bağçasında YANĞIN

8 Aprel 2018 10:16

Lənkəran rayonunda yanğın hadisəsi baş verib.