Braziliyanın sabiq prezidenti həbs edildi

Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula da Silva həbs edilib. Ötən günlərdə haqqında həbs qərarı çıxarılan Lula polisə təslim olmur və tərəfdarları prosesə müdaxilə edirdi. O, korrupsiyada ittiham edilir.

2003-2011-ci illərdə Braziliyada hakimiyyətdə olan və sol cinahın təmsilçisi olan Lula da Silvanın rəhbərliyi dövründə ölkədə iqtisadi inkişaf və yoxsulluğun azalması müşahidə edilib. 72 yaşlı sabiq prezident 12 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, İşçi Partiyasının namizədi olan Lula bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır və əsas namizəd hesab edilirdi.  Barəsində irəli sürülən ittihamları rədd edən Luiz İnasio Lula da Silva ona yenidən hakimiyyətə gəlməməsi üçün böhtan atıldığını iddia edir. Qaynarinfo New York Times-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31