Nəhayət, sevgisini etiraf etdi
Müğənni Britni Spirsin bir ildən çoxdur eşq yaşadığı Sem Asgeri nəhayət sevgisini açıq şəkildə etiraf edib. 23 yaşlı Sem 36 yaşlı ifaçının 3 şəklini İnstaqram hesabında yerləşdirib və yazıb: "Mənə qarşı mehriban davranan insana sevgimi etiraf etmək üçün sabahı gözləməyə ehtiyac yoxdur".
8 Aprel 2018 11:31 DünyaMüğənni Britni Spirsin bir ildən çoxdur eşq yaşadığı Sem Asgeri nəhayət sevgisini açıq şəkildə etiraf edib. 23 yaşlı Sem 36 yaşlı ifaçının 3 şəklini İnstaqram hesabında yerləşdirib və yazıb: "Mənə qarşı mehriban davranan insana sevgimi etiraf etmək üçün sabahı gözləməyə ehtiyac yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl müsahibələrindən birində Britni Asgeridən uşaq dünyaya gətirmək istədiyini bildirib. Cütlüyün hətta gizli nişanlandığı və evlənməyə hazırlaşdığı vurğulanır.
Xatırladaq ki, Britninin Kevin Federlayndan olan nikahından 12 yaşlı Şon, 11 yaşlı Ceyden adlı iki oğlu var. Axşam.az