Gündəm
Məşhur aktyorun oğlu azadlığa buraxıldı
Hollivud ulduzları Şon Pennlə Robin Raytın 24 yaşlı oğlu Hopper Penn həbs edilmişdi. Yol hərəkəti qaydalarını pozan gənc aktyor yol polisi tərəfindən saxlanılmışdı. O, eyni zamanda narkotik maddədən istifadə etməkdə günahlandırılırdı.
Skripal ABŞ-da gizlənə bilər
Serqey Skripal və qızı Yuliyaya ABŞ-a köçmək təklif olunacaq. Bu barədə "Sunday Times" qəzeti yazır.
Sabahın havası
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Smollinq: "Mourinyo fasilədə dedi ki..."
İngiltərə Premyer Liqasının 32-ci turu Mançester derbisi ilə əlamətdar olub. "Manchester United"i qəbul edən "Manchester City" bu mövsüm ilk ev məğlubiyyətinə düçar olub. İlk hissədə 2 qol vuran Pep Qvardiolanın komandası bu hesabı qorusaydı, çempionluğu derbidə rəsmiləşdirəcəkdi. Amma 3 qol vuraraq geri dönüş edən "qırmızı şeytanlar" prinsipial rəqibini bu sevincdən məhrum edib.
Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.
Məşhur aktyor əşyalarını hərraca çıxardı
Məşhur Hollivud ulduzu Rassel Krou şəxsi əşyalarını hərraca çıxarıb. Bu barədə Sotheby's hərrac evi məlumat yayıb. Hərracdan 3 milyon dollara yaxın vəsait əldə edildiyi bildirilir.
Almaniyadakı hadisədə ölənlər arasında azərbaycanlı var? - XİN-dən
Messi "Qızıl buts" uğrunda mübarizədə Salaha çatıb - SİYAHI
İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda "Leqanes"in qapısına vurduğu 3 qoldan sonra (3:1) "Qızıl buts" uğrunda mübarizədə "Liverpul"un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb.
Poqba: "İcazə verə bilməzdim"
"Manchester City" ilə oyunda dubl edərək "Manchester United"in derbi qələbəsində (3:2) böyük pay sahibi olan Pol Poqba qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb.
Beker "Roma"dan 5 milyon məvacib istəyir
Avropanın bir sıra aparıcı klublarının maraq dairəsində olan Alisson Beker "Roma" rəhbərliyinə müraciət edib. Braziliyalı qolkiper məvacibinin artırılmasını istəyir. Paytaxt klubu onunla yeni müqavilə imzalmaq üçün bu şərti yerinə yetirməlidir. Yeni anlaşmanın 2021-ci ilə qədər qüvvədə olması nəzərdə tutulur.
ABŞ Rusiyanı çökdürür: Bakıya mənfi təsirləri - Ekspert
Deputat: "Yekun Bakı Sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir"
Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransının Yekun Bakı Sənədində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirlərinin bu mövqeyi dəstəkləməsi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Dünyanın ən sirli ərazisi - Bu adaya gələnlər yoxa çıxır - FOTOLAR
Kanadanın Nava Scotia adasının yaxınlığında yerləşən bu kiçik ada bu günə kimi milyonlarla insanın diqqətini çəkib. Adanı araşdırmaq üçün bura gələn mütəxəssislər təssüf ki, heç bir məlumat əldə edə bilməyiblər. Əfsanələrə görə, insanların bu adaya həddən ziyadə diqqət göstərməsinin səbəbi adada gizli xəzinənin olmasıdır.
Gənc futbolçu dünyasını dəyişdi
David Astoridən sonra növbəti gözlənilməz futbolçu ölümü qeydə alınıb. Fransanın aşağı dəstəsində mübarizə aparan "Le Havre" klubunun müdafiəçisi Samba Diop dünyasını dəyişib.
1 manatlıq "dönər+ayran"nın keyfiyyətinə kim zəmanət verir?
Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə, metro çıxışlarında 1manat - 1 manat 50 qəpiyə də rats gəlmək mümkündür. Xüsusilə dana ətinin 1 kiloqramının 10 manat 50 qəpik, toyuq ətinin 1 kiloqramının 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq "ayran+dönər"lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır.














