Poqba: "İcazə verə bilməzdim"
"Manchester City" ilə oyunda dubl edərək "Manchester United"in derbi qələbəsində (3:2) böyük pay sahibi olan Pol Poqba qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb.
8 Aprel 2018 12:50 İdman"Manchester City" ilə oyunda dubl edərək "Manchester United"in derbi qələbəsində (3:2) böyük pay sahibi olan Pol Poqba qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb. Fransalı havbek bunları deyib:
"Hesabda 0:2 olanda qol vurmaq lazım olduğunu bilirdik. "City" müdafiə olunmağı xoşlamır. Buna görə topu rəqibin cərimə meydançasında daha çox qəbul etməli idim. Arxamda Matiç, yanımda Errera vardı. Qol epizodunda heç nə bardə düşünmürdüm. Aleksis Sançez vertikal ötürmələri sevir. Boş sahə görüb irəli qaçdım. Xoşbəxtlikdən, Kompani lazımi reaksiya göstərə blmədi.
Boş zonalar açılmaqda Maykl Kerrik mənə çox kömək edib. O, tez-tez videolar göstərib necə işləmək lazım olduğunu bildirir. "Manchester City"yə uduzmaq istəmirdim. Ötən mövsümkü məğlubiyyəti unutmamışdım. Onlar çempionluğu bizimlə oyunda qazansaydı, bu, azarkeşlər üçün ölümə bərabər olardı. "City"nin qalib gəlib titulu qeyd etməyinə icazə verə bilməzdim. Fasilədə dedik ki, itiriləcək bir şeyimiz yoxdur. Artıq ikinci hissədəki kimi oynamağa davam etməliyik. Bunu hər oyunda etsəydik, ola bilsin, "Manchester City"dən daha çox xal toplamışdıq. Goal.az