Prezident İlham Əliyev Giorgi Marqvelaşviliyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.
8 Aprel 2018 13:16 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.
Başsağlığında deyilir: " Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram". AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31