Messi "Qızıl buts" uğrunda mübarizədə Salaha çatıb - SİYAHI
İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda "Leqanes"in qapısına vurduğu 3 qoldan sonra (3:1) "Qızıl buts" uğrunda mübarizədə "Liverpul"un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb.
8 Aprel 2018 12:51 İdmanİspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi futbol üzrə ölkə çempionatının 31-ci turunda "Leqanes"in qapısına vurduğu 3 qoldan sonra (3:1) "Qızıl buts" uğrunda mübarizədə "Liverpul"un (İngiltərə) xavbeki Məhəmməd Salaha çatıb.
İndi argentinalı və misirli hər il UEFA-ya daxil olan ölkələrin milli çempionatlarında ən yaxşı bombardirə verilən mükafat uğrunda mübarizədə birinci yeri bölüşür.
1. Məhəmməd Salah ("Liverpul") - 29 qol, 58 xal
2. Lionel Messi ("Barselona") - 29 qol, 58 xal
3. Robert Levandovski ("Bavariya") - 26 qol, 52 xal
4. Çiro İmmobile ("Laüio") - 26 qol, 52 xal
5. Jonas ("Benfika") - 33 qol, 49,5 xal
6. Edinson Kavani (PSJ) - 24 qol, 48 xal
7. Harri Keyn ("Tottenhem Hotspur") - 24 qol, 48 xal
8. Mauro İkardi ("İnter") - 24 qol, 48 xal
9. Kriştianu Ronaldu ("Real") - 22 qol, 44 xal
10. Luis Suares ("Barselona") - 22 qol, 44 xal
2017-ci ildə mükafatın sahibi Messi olub. O, 2016/17-ci illər mövsümündə 37 dəfə fərqlənib. Report.az