Almaniyada yük maşınını insanların üzərinə sürdülər : 3 ölü, 30 yaralı
Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb.
7 Aprel 2018 19:21 DünyaAlmaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb. Məlumata görə, hadisə nəticəsində 3 nəfər həlak olub, azı 30 nəfər yaralanıb. Şəhər polisi öz "Twitter" hesabında hadisə nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib. İnsidentin terror aktı olub olmadığı hələlik məlum deyil. Trend.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31