Gündəm

Azərbaycanda ərəb turisti döydülər – Əxlaqsızlığa görə

16 Aprel 2018 14:39

Azərbaycanda ərəb turist döyülüb. Bakı-Qazax marşutu üzrə hərəkət edən avtobusda olan ərəb turist azərbaycanlı qadınla qeyri-əxlaqi hərəkətlər edib. Onun bu hərəkəti avtobusdakılar tərəfindən hiddətlə qarşılanıb. Mahmud adlı sərnişin ərəb turistinə xəbərdarlıq edib: “Özünü yığışdır, camaatın ana-bacısı var”.

İranda dollar alıb-satmaq qadağan edildi

16 Aprel 2018 14:38

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

Bu dövlət qurumları bir həftə işləməyəcək – SİYAHI

16 Aprel 2018 14:37

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək.

Ceyran arvadın dövranı

16 Aprel 2018 14:35

Həyatda hər cür insan xarakteri var və hər kəs də buna  uyğun davranış nümayiş etdirir. Ətrafdakılar razıdırlar, deyillər,  onu başa düşürlər, düşmürlər bu, xarakter sahibinə heç bir təsir  etmir. Çünki o dəyişə bilməz, doğuşdan özü ilə gətirdiklərindən imtina etməsi mümkün deyil. Sadəcə ətrafdakı insanlar onun başqalarına toxunmayan, ciddi zərər verməyən əlamətinə, xarakterinə  az-çox təpki verir, yaxud da qəbul edib razılaşır. Amma elə insan da var ki, onun xarakterindən  doğan hansısa bir hərəkəti bir-iki, yaxud on-on beş, yüz-iki yüz  insana deyil,  bütünlükdə  bir millətə ləkədi.

Oteldə ölən Astan Şahverdiyevlə bağlı – Prokurorluqdan AÇIQLAMA

16 Aprel 2018 14:32

Xəbər verdiyimiz kimi, millət vəkili Astan Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə deputatın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Regionların sosial-iqtisadi inkişafı fermerlərin maddi rifahına müsbət təsir göstərir

16 Aprel 2018 14:29

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafı ilə bərabər əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək qabiliyyətini də artırır. Məlum olduğu kimi Azərbaycanın çoğrafi mövqeyi kənd təsərrüatı məhsullarının istehaslı üçün münbit şərait yaradır.

Narkotacir polislər tutuldu

16 Aprel 2018 14:27

Ərzincanda magistral yolda yoxlama aparan polis əməkdaşları  polislərin idarə etdiyi bir avtomobildən 98 kiloqram heroin narkotik maddəsi tapıblar. Saxlanılan avtomobilin içindəki M.K polis vəsiqəsini təqdim edərək yoxlamadan boyun qaçırmağa cəhd edib. Ancaq şəxsin hərəkətlərindən şübhələnən polislər avtomobilin salonunda və baqajında axtarış aparıblar. Nəticədə baqaj bölümündəki gizli yerdə 98 kiloqram heroin tapılıb. Avtomaşındakı polis olan M.K və Y.Y həbs ediliblər.

Əhliləşməyən yeganə yırtıcı heyvan - canavarlar 

16 Aprel 2018 14:25

Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.

Ermənistanda hakimiyyət çevrilişi gözlənilir

16 Aprel 2018 14:22

Ermənistanda daxili siyasi vəziyyət ötən həftə sonundan etibarən yenidən gərgin atmosferə qədəm qoyub.  İşğalçı ölkədə cərəyan edən proseslər Serj Sərkisyana baş nazir postuna gedən yolda ciddi maneə yaradıb desək yanılmarıq. Vəziyyət kifayət qədər mürəkkəb xarakter daşıdığından ölkənin hüquq-mühafizə orqanları mümkün dövlət çevrilişi cəhdinə qarşı səfərbər ediliblər. Məlumata görə, əyalətlərdəki polis və hərbi birləşmələr də paytaxt İrəvana gətirilib. Hər halda etirazçıların Ermənistanın ictimai radosunun binasını ələ keçirmələri ciddi proseslərdən və hakimiyyət çevrilişi gözləntilərindən xəbər verir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Ermənistanda həftə sonundan başlanan etirazlar işğalçı ölkədə hakimiyyət çevrilişini mümkün edə bilərmi?

11 aprel prezident seçkisi Azərbaycan demokratiyasının təntənəsidir

16 Aprel 2018 14:19

Azərbaycanda keçirilən prezident seçkisinin beynəlxalq standartlara uyğun başa çatnası artıq nüfuzlu qiymətləndirici təşkilatlar tərəfindən də təsdiqini tapır. Seçkiləri izləyən beynəlxalq müçahidəçilərin qənaəti ondan ibarətdir ki, 11 aprel prezident seçkiləri şəffaf və demokratik şəraitdə seçicilərin fəallığı ilə baş tutub. Son nəticə olaraq ölkə vətəndaşlarının iradəsi qalib gəlib.

Xalq Cümhuriyyətinin humanitar sahədə həyata keçirdiyi islahatlar

16 Aprel 2018 14:20

Avropada, sonra Rusiyada XIX əsrdən başlanan maarifçilik ideyaları XX əsrin əvvəllərində Azərbaycanda da yayılmağa başladı. Avropa və Rusiyanın bir sıra ali məktəblərində təhsil alan yerli zadəgan, kübar ailələrin övladları bu ideyaları vətənə gətirdi, əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi dəyərlərimizə söykənərək xalqımızda milli dövlətçilik duyğularının oyanması işinə təkan verdilər. M.F.Axundzadə, H.B.Zərdabi, N.Nərimanovdan və digər mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu milli dirçəlişimizə zəmin yaratdı.

“Bizə zor, təzyiq, təhdid, diktə keçməz”

16 Aprel 2018 14:17

Azərbaycanda keçirilən prezident seçkiləri zamanı tətəbiq edilən yeniliklər bir sıra dövlətlər üçün sözün əsil mənasında “surpriz” oldu. Bu yeniliklərin seçkinin şəffaf və demokratik başa çatmasını təmin etdiyini dərk edən yerli və beynəlxalq müşahidəçilər təbii ki, öz müsbət mövqelərini ortaya qoydular.

Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın Thompson Reuters indeksli jurnalında

16 Aprel 2018 14:11

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin «KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi» adlı məqaləsi ABŞ-da nəşr olunan Thompson Reuters indeksli «Confrontation» jurnalında dərc olunub.

Suriyada III Dünya müharibəsi başlanır

16 Aprel 2018 14:10

Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya gözlənildiyi kimi Suriyaya hərbi hücum etdi. 100-ə yaxın raket atılaraq Suriyanın strateji obyektləri hədəfə alındı. Amerika prezidenti Trampın tvitterde qeyd etdiyi kimi " Rusiya, hazır ol, raketlər gəlir" açıqlaması ötən gecə reallaşdı. Moskva bu hücumlara, raket zərbələrinə qarşılıq vermədi. Halbuki, Suriyada yerləşdirdiyi S-400 raketləri Birləşmiş Ştatların raketlərindən Bəşər Əsədi qorumaq üçün hədəflənmişdi.

Prezident seçkiləri iqtidar-xalq vəhdətinin sarsılmaz olduğunu göstərdi

16 Aprel 2018 14:06

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı qərəzli ilkin hesabatı ölkə ictimaiyyəti, eləcə də siyasi quqrumlar tərəfindən narazılıqla qarşılanıb.