Gündəm
Suriyaya raket zərbələri: Trampın sirləri Putinə çatdırdığı üzə çıxdı - “Əl-Cəzirə”dən sensasion İDDİA
Kreml ABŞ-ın və müttəfiqlərinin Suriyadakı obyektlərə zərbələrinin hədəfləri barədə məlumatı Dəməşqə, Tehrana, həmçinin Suriyada fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına ötürüb.
Amerikalı politoloq: "Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb"
Azərbaycanda bütün xalqlar üçün əlverişli mühit formalaşıb. Məlumata görə, bunu amerikalı politoloq, “The Tool Shed” şirkətinin təsisçisi, Amerika Yəhudi Komitəsinin dövlət orqanları ilə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktoru Ceyson Kats deyib.
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş turnirin qalibləri məlum oldu
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçirilib.
Leyla Əliyeva hansı azərbaycanlı aktrisa ilə birgə fotosunu paylaşdı?
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrının solisti, istedadlı aktrisa, 2017-ci ilin yekununa görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc aktrisası” nominasiyasında mükafata layiq görülən, Beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova ilə birlikdə çəkilən şəklini "İnstaqram” hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb.
ÜGT-nin Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin iclası keçirilib
Rusiya Federasiyasının Soçi şəhərində, aprelin 12-14 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə gömrük xidməti rəhbərlərinin illik iclası keçirilib.
Qazın təzyiqinin azalmasının səbəbi açıqlandı
“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.
Bakıda maşın alverçilərinin yeni fırıldağı
Bakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil “ovlayırlar”.
Alpinistlərin axtarışı yenə çətinləşdi - Xınalığa 40 santimetr qar yağıb
Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.
Paşinyan: "İclas parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq"
Ermənistan Milli Məclisinin iclası parlament binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacağıq. Bunu jurnalistlərə "Çıxış" blokunun parlament fraksiyasının rəhbəri, "Mənim addımım" təşəbbüsünün lideri Nikol Paşinyan deyib.
Valideynlər uşaqlarını öz istəklərinə qurban verirlər - SORĞU
Azərbaycan teleməkanında yayımlanan sosial və şou məzmunlu verilişlərin bir çoxunda tamaşaçı qismində körpə uşaqların da olduğunu hər kəş müşahidə edib. Bəzən, axşam saatlarında yayımlanan və uşaqların gələcək dünyagörüşü üçün heç bir məna kəsb etməyən verilişlərdə uşaqlarını tamaşaçı kürsüsündə əyləşdirən, onların məşhur simalarla ünsiyyətlərinə can atan valideynlər üçün hansısa tədbirlərin görülməli olduğu ilə bağlı sorğu keçirdik.
ABŞ-ın “B planı” və “Suud Neom Proyekti” – Suriya bombardmanının ŞOK PƏRDƏARXASI
Şimaldan Aralıq dənizinə çıxma planı Afrində çökən ABŞ cənubdan yeni dəhliz açmağı planlaşdırır. Aprelin 14-də Suriyanın bombardman edilməsi də bu planın ilk addımı kimi görünür.
Sabahın havası
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
Mətanət küsülü olduğu Elzaya: "Səni öldürərəm"
Əməkdar artist Elza Seyidcahan Mətanət İsgəndərlidən küsüb. İsgəndərli bu haqda "ATV maqazin onlarla"da deyib. Elzanın küsməsinə səbəb Mətanətin qızı Ülkərin toyunda ona diqqət göstərməməsi olub. M.İsgəndərli buna görə Elzanı qınayıb: "Hiss edirdim ki, məclislərdə qarşılaşanda məndən uzaq gəzir. Səbəbi də demir. Əgər bir adam toyda səndən inciyirsə, demək, çox istəmir. Qızımın toyunda elə yorğun idim ki... Tək adam ora-bura qaç. Toy edənlər bunu bilirlər. Heç vaxt toya gedib, ev sahibindən incimərəm".
Azay Quliyev ATƏT PA-nın Büro iclasına qatılıb
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edib.
Vergilər naziri Misir Ərəb Respublikasının səfiri ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.














