Cümhuriyyətin 100 illiyinə həsr olunmuş turnirin qalibləri məlum oldu

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğun təşəbbüsü ilə futbol turniri keçirilib.

Olaylar.az bildirir ki, Türkiyə Futbol Federasiyasının dəstəyi ilə təşkil olunmuş Konsulluqlar arası futbol turniri Türkiyə Futbol Federasiyası Riva idman kompleksində təşkil olunub. Turnirdə birinci yerə Qırğızıstan, ikinci yerə Özbəkistan və üçüncü yerə Azərbaycan layiq görülüb.

Qeyd edək ki, turnirdə Tff, İstanbul valiliyi, Birləşmiş Millətlər və Qızılay, Azərbaycan, Qatar, Fransa, Ukrayna, İraq, Qazaxıstan, Hollandiya, Rusiya, Özbəkistan, ABŞ (Red), ABŞ (Blue) və Türk Cümhuriyyəti konsulluqları iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31