Gündəm

Yol-nəqliyyat hadisəsi törədən saxlanıb

16 Aprel 2018 15:10

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Baxşızadənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Honda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Samir Muradov saxlanılıb.

Avtomobil qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb

16 Aprel 2018 15:09

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Axtarışda olan 11 nəfər saxlanıb

16 Aprel 2018 15:08

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb ki, onların da 7-si “isti izlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Avtomobili işıq dirəyinə çırpan sürücü ölüb

16 Aprel 2018 15:07

Salyan rayonunun Qaraqaşlı kəndində ğlümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 1 radələrində Salyan rayonunun Qaraqaşlı kəndində Rza Niftəliyev idarə etdiyi “Lada Priora” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub və nəticədə hadisə yerində ölüb.

Bakıda qadın itkin düşüb

16 Aprel 2018 15:06

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Həmin qadının xarakterik əlamətləri belədir: Boyu 150 sm., arıq bədən quruluşludur, qısa sarı saçı var.

Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda iki sənədlər toplusu nəşr edildi

16 Aprel 2018 15:03

“Azerbaycan Cumhuriyeti (1918-1920) Osmanlı Arşiv Belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd verilib. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində mühafizə olunan bu sənədlər transkripsiya edilərək 219 adda qruplaşdırılmış və xülasələr yazıl;b. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir. Olaylar.az bildirir ki, “Birinci Dünya Savaşı ve Azerbaycan (Osmanlı Arşiv Belgeleri)” adlı digər sənədlər toplusu Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir. Topluda mindən çox arxiv sənədi transkripsiya edilmiş, 211 adda qruplaşdırılmış və hər biri haqqında xülasə verilmişdir. Bu sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Əsgəri Tarix və Strateji Etüd Başkanlığı Arxivində mühafizə olunur. Bu sənədlər Azərbaycanın I Dünya müharibəsi dövrü tarixini daha dərindən öyrənməyə imkan verir.

Politoloq: “Azərbaycan xalqı növbəti dəfə sabitliyə səs verdi"

16 Aprel 2018 14:49

“Azərbaycan xalqı növbəti dəfə sabitliyə, inkişafa və demokratiyaya səs verdi. Beləliklə də, cənab İlham Əliyev xalqın böyük dəstəyi ilə yenidən Prezident seçildi. Bu münasibətlə ilk andan etibarən Prezident İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Hazırda da güclü ölkələrin prezidentləri və hökumət nümayəndələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri tərəfindən İlham Əliyev növbəti qələbəsi münasibəti ilə təbrik edilir”. Məlumata görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov deyib.

Azərbaycanlı deputat Avropanı ədalətli olmağa çağırdı AÇIQLAMA

16 Aprel 2018 14:47

“Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) hesabatı çox qərəzlidir. Bu hesabat əvvəlcədən yazılaraq hazırlanıb”. Bunu millət vəkili Elşən Musayev deyib.

Deputat: “Hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir”

16 Aprel 2018 14:45

“Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ikili standartlara əsaslanan bu hesabatı xalqımızın siyasi iradəsinə hörmətsizlikdir”. Məlumata görə, bunu millət vəkili Çingiz Qənizadə deyib.

Stoltenberq: "Türkiyəyə təşəkkür edirik, Suriyanı isə cəzalandırmaq lazımdır"

16 Aprel 2018 14:44

Dinc əhaliyə qarşı kimyəvi hücumlar həyata keçirmiş Suriya cəzasız qalmamalıdır. Məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Türkiyə NATO-nun üzvü qismində Suriyada hava əməliyyatlarının keçirilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləyib: "Biz bu addıma görə Türkiyəyə minnətdarıq. Türkiyə bizim üçün dəyərli müttəfiqdir".

Ümummilli lider Heydər Əliyevin  95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi

16 Aprel 2018 14:43

Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileynə həsr edilmiş III Respublika müsabiqəsinə start verilib. Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir,uşaqlar bütün respublika üzrə seçilir, müsabiqə isə   iki mərhələdə keçirilir.

Muğam Mərkəzində  fortepiano musiqi gecəsi

16 Aprel 2018 14:43

Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib. Olaylar.az bildirir ki, konsertin aparıcısı tanınmış jurnaist Rahib Azəri  Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu vurğuladı. Qeyd etdi ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.

İsa Həbibbəyli: "Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək"

16 Aprel 2018 14:42

Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

Ağrıkəsici və yuxu dərmanları ilə bağlı xəbərdarlıq

16 Aprel 2018 14:41

Kəskin ağrıkəsici preparatlarla yuxu dərmanlarının birgə qəbulu sağlamlığa ciddi təhlükə yarada bilər. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın Stenford Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində bəyan ediblər.