Muğam Mərkəzində fortepiano musiqi gecəsi
Beynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib. Olaylar.az bildirir ki, konsertin aparıcısı tanınmış jurnaist Rahib Azəri Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu vurğuladı. Qeyd etdi ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.
16 Aprel 2018 14:43 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində isdedalı pianoçu Nizami Əliyevin solo konsert keçirilib. Olaylar.az bildirir ki, konsertin aparıcısı tanınmış jurnaist Rahib Azəri Nizami Əliyevin Vaqif Mustafazadə irsinin davamçısı olduğunu vurğuladı. Qeyd etdi ki, isdedadlı pianoçu Azərbaycan professional ifaçılıq sənətində özünəməxsus yer tutur.
Nizami Əliyev Xalq artisti, "Şöhrət" ordenli, görkəmli pianoçu Çingiz Sadıqovun tələbəsidir.
Gecədə Nizami Əliyevin öz kompozisiyaları ilə yanaşı, "Küçələrə su səpmişəm", "Xəzərin sahilində", "Vaqif xaritəsi", "Bağ mövsümü", "Qubanın ağ alması", "Sarı gəlin", "Alağöz", "Bakı gecələri" kimi xalq və bəstəkar mahılarını da ifa edib.
Konsert musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla müşayiət olundu.
Nizami Əliyev sonda Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə konsertin təşkilinə görə öz təşəkürünü bildirib.