Gündəm
Ölkə üzrə neft və qaz hasilatı artıb
2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb. “OLAYLAR” SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirib.
Baş Təhsil İdarəsi şagirdləri mükafatlandırıb
Paytaxt məktəblərində fənn aylıqları keçirilir.”OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olaraq keçirilən fənn aylıqlarının əsas məqsədi şagirdlərin müxtəlif fənnlərə marağını, onların bilik və bacarıqlarını daha da artırmaq, müəllimləri tədris prosesində yaradıcı fəaliyyətə təşviq etmək, onların nümunəvi iş təcrübəsini nümayiş və təbliğ etməkdən ibarətdir.
Rusiya ilə turizm sahəəsində əməkdaşlıq məsələsi müzakirə edilib
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib.
AŞPA-nın növbəti sessiyası başlayır
Aprelin 23-27-də AŞPA-nın növbəti sessiyası Strasburqda işinə başlayacaq. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən qurmmdakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Vüsal Hüseynov deyib ki, bu sessiyanın gündəliyində qeyri-leqal qazanılmış aktivlərin (əmlakın) müsadirəsi yolu ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, İŞİD terrorist qruplaşmasının maliyyələşməsi, hibrid müharibə zamanı hüquqi çətinliklər, Avropa İnsan Hüquqları Konvensiyası öhdəliklərindən geri çəkilmə məsələləri və insan hüquqları ilə bağlı öhdəliklər, jurnalistlərin statusu və jurnalist etikası ilə bağlı mövzular yer alır və müzakirə ediləcək: “ Həmçinin gündəlikdə Avropa Şurasının Liviyadakı rolu, Avropada məcburi köçkünlərin humanitar ehtiyacları, iqlim dəyişikliyi və Paris müqaviləsinin icrasına dair məruzələr var.
Yaddaşı yaxşılaşdırmağın mümkünlüyü sübut edildi
ABŞ alimləri beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplantat vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.
NATO-dan gündəmi dəyişdirəcək BƏYANAT: “Bu, Rusiya və İrana…”
Suriyanın hökumət güclərinə qarşı keçirilən əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib. “Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi silahların potensialını azaltmaq üçün keçirilən bir əməliyyat idi. Rusiya kimyəvi silah tətbiqi ilə bağlı istintaqa maneə törətdi”, - o bildirib. Hərbi alyansın rəhbəri NATO-nun Rusiya ilə siyasi danışıqlara qarşı olmadığını deyib.
Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarətlə bağlı banklara yoxlama aləti təqdim edib
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib. ABA-dan verilən məlumata görə, iclasda dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilən Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” qaydasına dair məsələlər müzakirə edilib.
Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasındaSerj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib. Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.
Amsterdam bələdiyyəsi kilsədə qondarma “erməni soyqırımı” lövhəsinin asılmasına görə məhkəməyə veriləcək
“Amsterdam bələdiyyəsini məhkəməyə verəcəyik”. Bunu Türkiyənin Vətən Partiyasının Hollandiya təmsilçisi Əhməd Uyar deyib. Əhməd Uyar bildirib ki, Amsterdam kilsəsinin divarına qondarma “erməni soyqırımı” lövhəsi yapışdırılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək.
Payızda genişmiqyaslı müharibə BAŞLAYACAQ: 260 minlik ordu HAZIRDIR
Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır. Bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.
Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib
Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib. "İzvestiya" qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb. Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub. S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
Polis "Taksim" meydanını əhatəyə aldı
Türkiyədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına görə İstanbulda gözlənilən etiraz aksiyası ilə əlaqədar polis "Taksim" meydanını əhatəyə alıb. Məlumata görə, hazırda polis istisnasız olaraq hamı üçün "Taksim" meydanına aparan yolları bağlayıb.
Həbsxanada toqquşma - Ölənlər və yaralananlar var
Evdən qızıl aparan keçmiş məhkumun digər əməlləri üzə çıxıb
Oğurluqda şübhəli bilinən Quba rayon sakini yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Xırdalan şəhərindəki evlərin birindən 600 manat və 500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş Ağacan Həsənov saxlanılıb.
Silsilə oğurluqla məşğul olan keçmiş məhkum saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 9-dək olan müddətdə rayon ərazisindəki 3 avtomobildən və 1 evdən pul, 2 ədəd mobil telefon, qızıl boyunbağı və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Cəlilov saxlanılıb.














