Gündəm
Gözlərimiz haqqında 10 maraqkl fakt
Görmə funksiyasını təmin edən duyğu orqanımız, gözlər haqqında bu maraqlı faktlar ilə tanış olun:
Çiçək toy qiymətini açıqladı: 5 min manat
Çiçək ləqəbli teleaparıcı Şəhla Vakkas toy qiymətini açıqlayıb. O, toya aparıcı kimi 5 min manata getdiyini deyib. Çiçək bu haqda "O başdannan" verilişində danışıb.
400 minlik toy edən lift müdrinin kürəkənləri arasında ƏLBƏYAXA DAVA
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“İkimizin hekayəsi” imzalandı
Kitabevim.az mağazalar şəbəkəsinin Nizami filialında yazıçı Müşfiq Xanın “İkimizin hekayəsi” adlı yeni kitabının imza günü keçirilib. “XAN” nəşriyyatından aldığımız məlumata görə, mərasimdə yazıçı çıxış edərək son zamanlar yaradıcılığında baş verən yeniliklərdən, “İkimizin hekayəsi” kitabının necə ərsəyə gəlməsindən bəhs edib. Sonra söz alan yazıçı-şair Cəlil Cavanşir Müşfiq Xanın yaradıcılığını izlədiyindən, hər dəfə də yaxşı mənada təəccübləndiyindən danışıb, yazıçıya uğurlar diləyib. Müşfiq Xanın kitablarını ruscaya tərcümə edən Narxanım Cəfərova yazıçının ölkədən kənarda çap olunan kitablarından bəhs edərək, xarici oxucuların yerli yazarlara olan rəğbətini qabardıb.
Şah İsmayıl Xətainin vəsiyyəti
1524-cü ilin baharında, Novruz bayramından az sonra Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Şəki valisi Həsən bəy onu qarşılamağa çıxır.
Məşhur müğənni plastik əməliyyat olundu?
Məşhur türkiyəli müğənni Sezen Aksu xəstəxanaya yerləşdirilib. Olaylar.az bildirir ki, ilk olaraq müğənninin ayağına sərt cismin batdığını və bu səbəbdən xəstəxanaya yerləşdirildiyi xəbəri yayılıb. Özəl xəstəxana otağında müalicə alan Sezen Aksunun plastik əməliyyat keçirildiyi və bunu hər kəsdən gizli saxladığı da qeyd olunur.
Tramp dəliyə döndü: Ən çox diplomat qovan bizik?
ABŞ-ın 60 rus diplomatı qovması qarşılığında Fransa və Almaniyanın hərəyə 4 diplomatı ölkədən xaric etdiyini öyrənən ABŞ Prezidenti Donald Tramp şiddətli şəkildə qəzəblənib.
Rus kəşfiyyatının şefi Balkanlarda peyda oldu
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb. Görüş Serbiyanın paytaxtı Belqradda baş tutub. Görüş zamanı tərəflər regional konfliktlərin həlli zamanı beynəlxalq hüquq normalarına əməl edilməsi gərəkdiyi bildirilib.
Yaxın Şərqdə Qərbin nə qədər ordusu var? – Araşdırma
Yaxın Şərqdə getdikcə gərginləşən vəziyyət fonunda bu ərazidə cəmləşən, Qərb və Rusiyanın maraqlarına xidmət edən silahlı qüvvələrin sayı barədə araşdırma aparılıb.
Deputatın ölümünə səbəb olan dərman... - Vaqif Qarayev
Sildenafillər, yəni hamının tanıdığı “Viaqra” təkcə erektil disfunksiyalarda istifadə olunmur. Son vaxtlar kardioloqlar ürək problemlərində yaşlı, xroniki xəstələrə “Viaqra” da təyin edirlər.
İrəvanda 100 minlik aksiya: barrikadalar quruldu - Canlı
İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib. Paşinyanın rəhbərlik etdiyi etirazçılar mərkəzi küçələrini tam qapadıb. Etiraz aksiyalarının əsas təşəbbüskarı olan Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan işlərinə tələsən erməni vətəndaşlarından onlara yaratdıqları maneədən ötrü üzr istəyib. Paşinyan bu narahatlığın Serj Sərkisyan hökumətinin narahatlığı yanında çox xırda bir şey olduğunu bildirib.
Belçika XİN Suriya məsələsinə qarışdı: Vəziyyətin hərbi yolla həlli yoxdur
Suriyadakı vəziyyətin hərbi yolla həlli yoxdur. Məlumata görə, bunu Belçikanın xarici işlər naziri Didye Reynders bəyan edib. O, Avropa İttifaqının xarici işlər nazirlərinin iclasında Rusiya və İranla Suriya böhranı ilə bağlı siyasi dialoqun aparılması məsələsinin qaldırılacağını gözlədiyini bildirib: "Bu gün əsas məsələ Suriya üzrə siyasi dialoq yolunun bərpa olunmasıdır. Əgər biz dinc həll yolu istəyiriksə, Rusiya və İranla danışıqlar aparmalıyıq".
Türkiyə Yunanıstana xəbərdarlıq edib
Türkiyə Yunanıstana Egey dənizindəki mübahisəli adalarla bağlı xəbərdarlıq edib. Məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud ÇavuşoğluNATO baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Egey dənizində Lozanna müqaviləsi ilə hansı ölkəyə aid olduğu müəyyənləşməyən kiçik adalar var.
Azərbaycan Ordusunda idman yarışları keçirilir
Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunda müxtəlif idman növləri üzrə yarışlar keçirilir. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, yarışlarda birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti iştirak edir. Müxtəlif mərhələlərdə keçirilən yarışlarda şəxsi heyət qüvvə və bacarıqlarını sınayacaq. Yarışların nəticələrinə əsasən müəyyən ediləcək qaliblər komandanlıq tərəfindən mükafatlandırılacaq.














.jpg)