Gündəm

“Azərsu” rəhbəri doktorant və dissertantlarla görüşüb

16 Aprel 2018 17:12

“Azərsu” ASC-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturasına qəbul olunan namizədlərlə görüş keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərsu” ASC sədri Qorxmaz Hüseynov elm , təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti barədə məlumat verərək Səhmdar Cəmiyyətin elmi  potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə  Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə sıx əməkdaşlıq edir. “Sukanal” ETLİ-də Bakı Dövlət Universitetinin,  eləcə də Memarlıq və İnşaat Universitetinin müvafiq kafedralarının filiallarının  yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.

Tülküləri tanıyın, camaat belə deyir, söyüş briqadaları necə işləyir?

16 Aprel 2018 17:09

Azərbaycanda Sovet dönəminin sonlarında hamı özünü azadlıq mücahidi, demokratiya aşiqi kimi görür və ya belə görünməyə çalışırdı. “Demokrat” görünmək və ya hesab etmək üçün o vaxt mövcud olan ağlı-qaralı mətbuatı, broşurları oxumaq, demokratiya nağıldanışanlarının sözlərinə qulaq asmaq və mitinqlərdə “azadlıq” qışqırmaq yetərli idi. Əlavə xüsusi istedad da tələb olunmurdu.

“Hazırda kəskin devalvasiya təhlükəsi yoxdur” – İqtisadçı

16 Aprel 2018 17:05

Son günlərdə qonşu Rusiyada rublun və Türkiyədə lirənin dollara nisbətdə dəyər itirməsi Azərbaycanda da narahatlıq yaradıb. İnsanlar manatın növbəti dəfə devalvasiyaya uğrayacağı ajiotajını yaşayırlar. 

Gəncədə saxta yuyucu vasitələr satan şəxs saxlanıldı

16 Aprel 2018 17:02

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrin satılması barədə məlumat daxil olub.

Əsədin ailəsini gizlətdiyi ölkə ilk dəfə AÇIQLANDI

16 Aprel 2018 16:52

ABŞ, Fransa və İngiltərənin Əsəd rejiminə yönəlmiş hücumlarından sonra Suriyada bu rejimə yaxın ailələrlə keçirilən görüşdə Əsəd ailəsi ilə bağlı bəzi suallara cavab verib.

ABŞ-ın Avropa komandanlığı: "Suriyaya atılan bircə raket belə vurulmayıb"

16 Aprel 2018 16:47

Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar.

Bayılda evləri dağılmış sakinlərə veriləcək yardımın miqdarı açıqlandı

16 Aprel 2018 16:45

Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.

Yerevanda gərginlik: polis gözyaşardıcı qazdan istifadə edib

16 Aprel 2018 16:44

Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar davam edir.

56 rayon və şəhərdə əmək yarmarkaları keçiriləcək

16 Aprel 2018 16:41

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

Zaqatalada 200-ə qədər həyət su altında qaldı, sel avtomobili apardı

16 Aprel 2018 16:28

Güclü yağış Zaqatala rayonunda ev və həyətyanı sahələrə ziyan vurub. Bu barədə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə məlumat verib. Qurum rəsmisi bildirib ki, güclü yağış nəticəsində Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəliçay və Tala kəndi ərazisindəki Talaçay çayları məcrasından çıxıb: "Nəticədə qısa müddətli sel yaranıb və kəndlərdə əsasən təsərrüfatlara ziyan dəyib. Mazıx kəndində 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın ikimərtəbəli evin birinci mərtəbəsinə su dolub, təsərrüfata ziyan dəyib. Hadisə zamanı Dəliçayın üzərindən keçən Mazıx kənd sakininə məxsus “VAZ 2106” markalı maşını sel körpüdən çaya aşırıb, xəsarət alan olmayıb".

“Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq”

16 Aprel 2018 16:22

“Hədəf ABŞ ordusunun geri çəkilməsidir. Amma, Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq”. 

320 nəfərin Azərbaycana girişinə qadağa qoyuldu - NİYƏ?

16 Aprel 2018 16:20

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçirilən tədbirlər cari ilin I rübü ərzində də davam etdirilib.