Gündəm

Ekspert: "Manatın məzənnəsi ilə bağlı xəbərlər xaos yaratmaq cəhdindən başqa bir şey deyil"

16 Aprel 2018 18:02

"Manatın ucuzlaşması birbaşa neftin dünya bazarındakı qiymətindən asılıdır və bu gün vəziyyət qənaətbəxş səviyyədə qiymətləndirilir".

Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

16 Aprel 2018 18:00

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib. Məlumata görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Yerevanda iğtişaşlar davam edir: 3 polis yaralanıb

16 Aprel 2018 17:59

Yerevanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma davam edir.

"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub

16 Aprel 2018 17:58

Azercell Telekom və PAŞA Bankın  dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində “Seedstars Summit ” müsabiqəsində iştirak edib. Altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi “Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, “Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır. 

Azərbaycan Çində keçirilən turizm sərgisində təmsil olunur

16 Aprel 2018 17:49

16-18 aprel 2018-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki,  bu məqsədlə sözügedən sərgidə nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük  məsləhətçisi Cavid Abdullayev iştirak edir.

Aİ rəsmisi: "Xəzər dənizindən birbaşa Avropaya qazın gətirilməsi başlıca prioritet olaraq qalır"

16 Aprel 2018 17:47

Bu ilin aprelin 12-də Brüssel şəhərində 4-cü Avropa İttifaqı(Aİ) Enerji Sammiti keçirilib. Məlumata görə, sammitdə açılış nitqi iləAvropa Komissiyasının iqlim dəyişikliyi və enerji komissarı Miqel Ariyes Kanyete, Bolqarıstanın enerji nazirinin müavini Jeço Stankov, Avropa Parlameninin Sənaye, Tədqiqatlar və Enerji Komitəsinin sədri Yerji Buzek çıxış ediblər.

Anar Nağılbaz xəstəxanaya yerləşdirildi

16 Aprel 2018 17:41

Reper Anar Nağılbazın səhhəti pisləşib. Bu barədə  reperin yaxınları xəbər veriblər. Bildirilib ki, A.Nağılbaz bir neçə gündür ki, özünü yaxşı hiss etmir: "Artıq bu gündən xəstəxanadadır. Özünü yaxşı hiss etmir. Həkimlərin nəzarətindədir. Hətta bu gün verilişlərin birinin çəkilişlərinə qatılmalı idi, amma səhhəti buna imkan vermir".

Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir

16 Aprel 2018 17:40

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşıdır.

Tramp: "Çin və Rusiya valyutaların məzənnəsi ilə oynayırlar"

16 Aprel 2018 17:31

Çin və Rusiya valyutaların devalvasiyası ilə oynayırlar, bu, "qəbuledilməzdir". Məlumata görə, belə bi bəyanatı ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində səsləndirib.

Bakıda şirniyyat mağazaları şəbəkəsində vergidən yayınma halları aşkarlanıb

16 Aprel 2018 17:29

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.

Tahir Rzayev: "Manat ucuzlaşmayacaq"

16 Aprel 2018 17:27

"Bu gün dünyada və qonşu ölkələrdə bir çox proseslər baş verir ki, manat dəyərini itirməsinin əksinə daha çox dəyər qazana bilər. Ancaq müəyyən qüvvələr var ki, insanları təşvişə salmaq, öz çirkin əməllərini həyata keçirmək üçün belə bir heç bir fakta əsaslanmayan məlumatlar uydururlar ki, manat ucuzlaşacaq". Bu sözləri  millət vəkili Tahir Rzayev deyib.

Kremldən Makrona cavab: Türkiyə ilə ayrılmadıq

16 Aprel 2018 17:17

Suriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmadı. Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir”, - Peskov bildirib.

Paytaxtda yeni virus yayılıb? – Professor açıqladı

16 Aprel 2018 17:16

Son vaxtlar əhali arasında, xüsusən də uşaqlarda qızdırma, öskürək kimi halların geniş yayılması müşahidə olunur. Paytaxtda artan bu xəstəliyin yeni bir virus olması haqqında gəzən şayiələr insanlar arasında narahatlıq yaradır.