Kremldən Makrona cavab: Türkiyə ilə ayrılmadıq
Suriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmadı. Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir”, - Peskov bildirib.
16 Aprel 2018 17:17 DünyaSuriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmadı. Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. "Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir", - Peskov bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını açıqlamışdı. Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin Suriyaya zərbə endirməsini dəstəkləmişdi. Axar.az