“Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq”

“Hədəf ABŞ ordusunun geri çəkilməsidir. Amma, Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq”. 

"Hədəf ABŞ ordusunun geri çəkilməsidir. Amma, Suriyada 3 şeyi əldə etməyənə qədər çıxmayacağıq".  Bunu ABŞ-ın BMT-dəki Daimi nümayəndəsi Nikki Haley bildirib. N. Halley qeyd edib ki, burada əsas məqsədimiz kimyəvi silahların istifadəsinin qarşısını almaqdır: "Daha sonra isə İŞİD tamamilə məhv edilməlidir. Üçüncü hədəfimiz isə İranın bölgəyə hakim olmadığına əmin olmaqdır".

ABŞ rəsmisi qeyd edib ki, Suriyada kimyəvi silahların istehsalına yardım edən Rusiya şirkətlərinə qarşı sanksiyalar tətbiq ediləcək: "Rusiyaya sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalar haqqında ABŞ-ın xəzinə naziri Steven Mnuchin bu gün açıqlamalar verəcək. Sanksiyalar Əsəd rejimi və kimyəvi silahların istehsalında adı hallanan şirkətlərə tətbiq ediləcək.  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31