Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib

Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasındaSerj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib. Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun" partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb. Məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib. Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31