Suriyada III Dünya müharibəsi başlanır
Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya gözlənildiyi kimi Suriyaya hərbi hücum etdi. 100-ə yaxın raket atılaraq Suriyanın strateji obyektləri hədəfə alındı. Amerika prezidenti Trampın tvitterde qeyd etdiyi kimi " Rusiya, hazır ol, raketlər gəlir" açıqlaması ötən gecə reallaşdı. Moskva bu hücumlara, raket zərbələrinə qarşılıq vermədi. Halbuki, Suriyada yerləşdirdiyi S-400 raketləri Birləşmiş Ştatların raketlərindən Bəşər Əsədi qorumaq üçün hədəflənmişdi.
16 Aprel 2018 14:10 DünyaƏsədin isə sonu yaxınlaşır
Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya gözlənildiyi kimi Suriyaya hərbi hücum etdi. 100-ə yaxın raket atılaraq Suriyanın strateji obyektləri hədəfə alındı. Amerika prezidenti Trampın tvitterde qeyd etdiyi kimi " Rusiya, hazır ol, raketlər gəlir" açıqlaması ötən gecə reallaşdı. Moskva bu hücumlara, raket zərbələrinə qarşılıq vermədi. Halbuki, Suriyada yerləşdirdiyi S-400 raketləri Birləşmiş Ştatların raketlərindən Bəşər Əsədi qorumaq üçün hədəflənmişdi.
Əsəd qüvvələri SSRİ-dən qalma zenit raketləri ilə qarşlıq verərək, bir neçə raketlərin zərərsizləşdirildiyini açıqladı. Göründüyü kimi Birləşmiş Ştatların formalaşdırdığı koalisiya artıq Əsəd rejimini hədəfə alıb.
Suriyada həftə sonundan etibarən yaşanan hadisələri şərh edən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, artıqBəşər Əsədin sonu yaxınlaşır. Onun sözlərinə görə, Birləşmiş Ştatların raket zərbələri Rusiya və İranın nəbzini yoxladı: " Bundan sonra raket zərbələrinin intensiv olacağı istisna edilmir. Ümumiyyətlə Suriya ssenarisi ilə bu ölkənin dağıdılması və parçalanması qaçılmazdı. Bir müsəlman dövləti növbəti dəfə tarix təkrar olunaraq eyni regionda səlib hücumuna məruz qalır.
Artıq Rusiyanın formalaşdırdığı Astana formatı demək olar ki, süqut etdi. Bundan sonra Suriya üzrə həll müzakirələrı Birləşmiş Ştatların istədiyi kimi BMT-nin nəzarətində, Cenevrə formatında aparılacaq. Cenevrə danışıqlarına BirləşmişŞtatlar birmənalı şəkildə İranı buraxmayacaq. Tehran Suriya müzakirələrindən kənar saxalanılacaq". Politoloq hesab edir ki, Birləşmiş Ştatların başçılığı ilə atılan raketlərə 7-ildir ki, Əsədi qoruyaraq burada həm maddı, həm də insanı itkilərə məruz qalan İran və Rusiya qarşılıq verə bilmədi: "İki ölkənin bu illlər ərzində apardığı müharibə və siyasi mücadilə nəticəsiz və məğlubiyyətə uğrayır.Qeyd edim ki, Rusiya və İran Suriya üzrə qalibiyyətə yaxın olduğu bir zamanda, Amerikanın hücumu Suriyaya müharibənin ikinci dalğasını gətirır. Bu dalğa Əsədi devirmək Moskva və Tehranı Yaxın Şərqdən çıxarmağa hseablanıb. Və, bununla Suriya üzrə təşəbbüs Birləşmiş Ştatların nəzarətinə keçəcək". Məhəmmdəd Əsədullazadə bildirib ki, Rusiyanın Suriyada hərbi varlığı Əsədi qorumaq iqtidarında deyil. Onun sözlərinə görə, Vladimir Putin Əsədə görə Birləşmiş Ştatlarla mümkün hərbi toqquşmaya getməyəcək: "Qərb Bəşər Əsədi devirəcək. İran və Rusiya isə Suriyanı tərk edəcək. Ancaq onu da qeyd edim ki, bu proses reallaşana qədər Suriyada hələ çox qanlar axacaq".
Hərbi ekspert Üzeyir Cəfərov da bildirib ki, üç ölkə faktiki 3-cü Dünya Müharibəsinin ilk mərhələsinə başladılar: "Neçə vaxt idi ki, bu narahatçılıq var idi və bundan sonra da proseslər daha da dərinləşəcək. Hadisələrin faciəvi sonluğa yönəlməməsi üçün addımlar atmaq əvəzinə tərəflər-Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa və bir çox müttəfiqləri bir tərəfdə, digər tərəfdə isə Rusiya, İran, binəva Suriya və digər dövlətlərin yetkililəri biri digərini olmazın formada-diplomatik, iqtisadi, hərbi müstəvidə hədələyir və vəziyyəti anlamağa çalışırlar. Hesab edirəm ki, baş verənlərə görə BMT Baş katibi Antoniu Quttereş və Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin səlahiyyətləri ən ciddi formada qınağa çəkilməlidirlər. Birinci növbədə Suriyada daha ağır və ciddi toqquşmaların qarşısını almaq üçün Bəşər Əsəd adlı qaniçən, yaramaz, vəzifə hərisini ya fiziki, ya da hüquqi cəhətdən sıradan çıxarmaq gərəkdir. Rusiya siyasi və hərbi rəhbərliyi də inadkarlığından əl çəkməli və konfrantasiyanı azaltmalıdır. Bəli, Suriyada baş verənlərdən rəsmi Moskva çox pərişandır və etiraf edir ki, çaşğın vəziyyətdən hələ tam çıxmayıb. Hadisələri yalnız seyr edən Rusiya üstündən bir neçə saat keçəndən sonra nəhayət, anlayıb ki, ona Suriyada tərs sillə vuruldu. Mən əsla ABŞ-ın, rəsmi Londonun və Parisin özbaşınalığına haqq qazandırmıram. Lakin, hiss edirəm ki, həqiqətən də Putinin generalları yaxın günlərdə çox acınacaqlı vəziyyətə görə cavab verməli olacaqlar. Ya vəzifəsini kimsə itirəcək, ya da Müdafiə Nazirliyinin rəhbərliyində gözlənilməz dəyişikliklər olacaq. Hadisədən on saata yaxın vaxt keçəndən sonra, Suriyada yaşadıqları acınacaqlı vəziyyətə görə, indi informasiya müharibəsinə keçiblər. Guya 100-dən artıq atılan Tomoqavk raketlərindən 70-i vurulub, hər şey nəzarətdədir və sairə". Hərbi ekspertin sözlərinə görə, hamı başa düşür ki, bu növbəti yalandır və dezinformasiyadır: "51 dəqiqə ərzində raketlər iki əsas hədəfi sıradan da çıxarıblar və kooalisiya qüvvələri heç bir itki vermədən yerlərinə qayıdıblar. Mən ingilislərin və fransızların aviazərbələri endirən təyyarələrini nəzərdə tuturam. Amerikanlar isə dənizdən buraxdıqları raketlər ilə Suriyanın kimyəvi maddələr istehsal edən iki müəsissələrinin məhvini həyata keçiriblər. Vəziyyətin get-gedə bir az da gərginləşəcəyi göz önündədir. İndi həm Amerika, həm də Rusiya rəhbərləri bir qədər sakitləşməlidirlər. Ancaq, hiss olunur ki, yaxın saatlarda bu hərbə-zorba ritorikası ola bilsin daha da qızışsın. Heç bədbəxt BMT Baş katibi də heç nə etmək gücündə deyil. Bir sözlə, Suriyada baş verən hadisələr tamam qorxunc bir mərhələyə keçməkdədir. Baş verənlər bir daha sübut etdi ki, XXI əsrdə Bəşər Əsəd kimi naşı, başqalarının əlində oyuncaq olan dövlət başçısı ölkəsini faciələrə və fəlakətlərə sürükləyir. Rusiyadan hələ heç kim fayda görməyib. Ona görə də, şəxsən mən son vaxtlar bizim Qarabağla bağlı Rusiya siyasi və hərbi rəhbərliyinin oynadığı çox təhlükəli, milli maraqlarımıza zərər verə biləcək hadisələri hiss edirəm. Və o qədər də optimist deyiləm ki, onlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı beynəlxalq qanunlar çərçivəsində addımlar atsınlar. Sözdə bir, əməldə isə tam əksini ortalığa qoyan rəsmi Moskvanın bizi də bir gün çox acınacaqlı bir duruma gətirəcəyini son vaxtlar daha böyük əminliklə deyə bilirəm. Tanrı dünyamızı və onun ayrılmaz hissəsi olan Azərbaycanımızı bəzi dünya dövlətlərinin məsuliyyətsiz dövlət və hökumət başçılarından hifz eləsin".
Süleyman