Əhliləşməyən yeganə yırtıcı heyvan - canavarlar 

Onların baxışlarından "heyvanlığa" xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. "Mərdlik" sözü onları ən yaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığın və çevikliyin simvoludurlar.

Canavarlar haqqında bir sıra maraqlı məlumatlar mövcuddur: Canavarlar hava şəraitindən asılı olaraq, 9 km məsafədə olan səsləri eşidə bilirlər. Vikinqlər döyüşdən əvvəl canavar qanı içirdilər. Bu ənənə vikinqlərdə döyüş ruhunu qaldırırdı. 200 mindən çox qoxunu ayırd etmək qabiliyyətinə malikdirlər. Bu heyvanın balaları həmişə mavi göz rəngi ilə doğulurlar. Canavarlar üzməyi çox yaxşı bacarır və 13 km dayanmadan üzə bilirlər. Qədim atseklər canavarların ciyərini ruhi xəstəlikləri müalicə etmək üçün istifadə edirdilər. Bu canlılar sürü şəklində yaşayırlar və əgər iki fərqli sürü eyni ərazidə toqquşarsa hamısı bir birini parçalayır. Canavar dişləməsi 300 kq ağırlıq gücünə malikdir. Ailə şəklində yaşayırlar və cütünə olduqça sədaqətlə bağlıdırlar. Cütü ölməmiş, onu başqasıyla əvəz etmirlər. Dişi canavar yatarkən erkəyi yatmır və onu mühafizə edir. Olduqça dözümlü heyvanlardır. Buna görədə 10 gün ac qalan canavarın aktivliyi, dəyişmir. Canavarlar ən çox yay fəslində doğulurlar. İy bilmə qabiliyyəti insanın iy bilmə qabiliyyətindən 100 dəfə üstündür. Bütün növləri daltonikdir. Hər bir canavarın özünə məxsus xarakteri olur. Bir qismi aqressiv digəri isə daha ehtiyatlı və tədbirlidir. Hər bir sürüsü, təkcə öz ərazisində ulayır. Canavarlar tülküləri öldürsələr belə ətini yemirlər. Bu canlını heyvanxanada saxlamaq qeyri mümkündür. Çünki o qısa müddətdə oradan çıxmağın yolunu tapacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31