Ermənistanda hakimiyyət çevrilişi gözlənilir
Ermənistanda daxili siyasi vəziyyət ötən həftə sonundan etibarən yenidən gərgin atmosferə qədəm qoyub. İşğalçı ölkədə cərəyan edən proseslər Serj Sərkisyana baş nazir postuna gedən yolda ciddi maneə yaradıb desək yanılmarıq. Vəziyyət kifayət qədər mürəkkəb xarakter daşıdığından ölkənin hüquq-mühafizə orqanları mümkün dövlət çevrilişi cəhdinə qarşı səfərbər ediliblər. Məlumata görə, əyalətlərdəki polis və hərbi birləşmələr də paytaxt İrəvana gətirilib. Hər halda etirazçıların Ermənistanın ictimai radosunun binasını ələ keçirmələri ciddi proseslərdən və hakimiyyət çevrilişi gözləntilərindən xəbər verir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Ermənistanda həftə sonundan başlanan etirazlar işğalçı ölkədə hakimiyyət çevrilişini mümkün edə bilərmi?
16 Aprel 2018 14:22 DünyaYerevan küçələrində nümayişlər növbəti dəfə silahlı qarşıdurmaya gətirə bilər
Ermənistanda daxili siyasi vəziyyət ötən həftə sonundan etibarən yenidən gərgin atmosferə qədəm qoyub. İşğalçı ölkədə cərəyan edən proseslər Serj Sərkisyana baş nazir postuna gedən yolda ciddi maneə yaradıb desək yanılmarıq. Vəziyyət kifayət qədər mürəkkəb xarakter daşıdığından ölkənin hüquq-mühafizə orqanları mümkün dövlət çevrilişi cəhdinə qarşı səfərbər ediliblər. Məlumata görə, əyalətlərdəki polis və hərbi birləşmələr də paytaxt İrəvana gətirilib. Hər halda etirazçıların Ermənistanın ictimai radosunun binasını ələ keçirmələri ciddi proseslərdən və hakimiyyət çevrilişi gözləntilərindən xəbər verir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Ermənistanda həftə sonundan başlanan etirazlar işğalçı ölkədə hakimiyyət çevrilişini mümkün edə bilərmi?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bunu istisna etmir: "Ermənistanda Serj Sərkisyanın növbəti dəfə hakimiyyətdə qalması planı Yerevan küçələrində rejim əleyhinə nümayişlərə səbəb oldu. Hazırda Yerevanın əsas prospekt və küçələrində əhali kütləvi olaraq oturaq etirazlar və yürüşlər təşkil edir. Serj Sərkisyanın növbəti dəfə hakimiyyətdə qalmasına qarşı ümumi ölkə üzrə nümayişlərin keçirilməsinə çalışılır. Yerevanda nümayişlərə Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyan rəhbərlik edir".
Politoloq deyir ki, aprelin 9-da prezidentlik postunu Armen Sərkisyana təhvil verən Serj Sarkisyan baş nazir kimi əsas səlahiyyətlərə malik olaraq hakimiyyəti növbəti dəfə zəbt edəcək: "Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan əhalisi Serj Sərkisyanın 10 illik hakimiyyəti illərində xarici ölkələrə miqrasiya edib, ölkə iqtisadi defolta yuvarlanıb. Həmçinin Qarabağ cəbhəsində itkilərə məruz qalır. Ümimiyyətlə Sərkisyana qarşı nümayişlərin kökündə Qarabağ problemi dayanır. Çünki, erməni əhalisi öz çətinliklərini məhz Sərksiyanın Qarabağ münaqişəsini uzatmasında görürülər. Bunu açıq dilə gətirə bilməsələr də, öz etirazları ilə bunu ifadə edirlər. Çünki, münaqişə uzandıqca əhalinin sosial problemi dərinləşir, bir dövlət kimi Ermənistan Rusiyanın əyalətinə çevrilir. Hər gün cəbhədə erməni əsgərlərinin ölümü və orduda problemlər narazılığı pik həddə çatdırıb. Əhali başa düşür ki, yalnız Qarabağ münaqişəsi Sərkisyan klanının hakimiyətdə qalmasına xidmət edir".
Məhəmməd Əsədullazadə deyib ki, Ermənilər arasında Qarabağdan gələn ermənilərə qarşı nifrət və kin bəslənilir. Çünki, bu günki Ermənistanın siyasi və iqtisadi deqredasiyasi, sosial problemlərin dərinləşməsi, Rusiyadan tam aslılığın artması, məhz Qarabağ müharibəsinin səhra komandirləri- Robert Koçaryan və Serj Sarkisyan tandeminin hakimiyyəti ələ almasından sonra baş verib: "Ona görə də xalq növbəti dəfə Serjin hakimiyyətdə qalmasına razı olmayacaq, Bir neçə ay bundan əvvəl qeyd etmişdim ki, Serj Sərkisyanın növbəti dəfə hakimiyyətdə qalmasına çalışması, onun əleyhinə apreldə Yerevanda nümayişlərə səbəb olacaq. On il ərzində bütün regional layihələrdən təcrid olunan, İranla planlaşdırıldığı nəqliyyat və iqtisadi layihələrin kağız üzərində qalması, iqtisadi isalahatların aparılması üçün maliyyə bazasının olmaması, ölkənin bu illər ərzində heç bir uğura imza atmaması Sərksiyana etimad mühitini sıfıra endirdi. Aprelin 17-də Ermənistan parlamentində Serj Sərkisyanın baş nazirliyi səsə qoyulacaq. Parlamentdə çoxluq təşkil edən hakim Resbulikaçılar Partiyası və Daşnaksütyun fraksiyası Serj Sarksiyanın baş nazir olmasına yaşıl işıq yandıracaq. Sərkisyanın baş nazir olması şübhəsizdir. Sabahdan Yerevan küçələrində nümayişlərin intensiv şəkildə keçirilməsi qaçılmazdır. Sərkisyan növbəti dəfə öz vətəndaşlarına qarşı silah işlədə bilər. Çünki, ilk dəfə prezident seçiləndə 8 nümayişçini güllələtdirib.
Göründüyü kimi erməni xalqının bu günkü rejimə qarşı dərin nifrəti var. Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalma çətinlikləri yaranacaq. Baxmayaraq ki, Rusiya çalışacaq vəziyyət nəzarətdən çıxmasın. Sabahdan başlayaraq Ermənistanı növbəti illər üçün ağır siyasi-iqtisadi çətinliklər gözləyir".
Süleyman