İranda dollar alıb-satmaq qadağan edildi

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib. Bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31