Gündəm

İlk görüşdə kişilər nələrə diqqət edirlər?

20 Aprel 2018 12:54

Hər nə qədər qadınlar tərəfindən kişilərin ilk görüşdə çox az nöqtəyə diqqət etdiyi düşünülsə də, əslində kişilər tərzdən qoxuya qədər bir çox məqamlara diqqət edir.

"Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir"

20 Aprel 2018 12:51

"Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir". Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 lliyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"" münasibəti ilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfransda deyib.

Ziya Məmmədov pullarını ölkədən çıxarır

20 Aprel 2018 12:52

Sabiq nəqliyyat nazirinin adamının Türkiyədə media holdinq yaratmasının pərdəarxası Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti yaradılıb. Gələn xəbərlərdən belə aydın olur ki, İstanbulda “Cine 5″ və ”Kanal 6″ telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda “vurulmuş” nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?

Son dəqiqə: Məşhur mafiya başçısı öldürüldü

20 Aprel 2018 12:47

Yunanıstanın Afina şəhərində kriminal dünyada “Bubi” ləqəbi ilə tanınan 45 yaşlı Yorqos Litsos güllələnib. O, Yunanıstan mafiyasının “xaç atası” idi. AMNA agentliyinin məlumatına görə, 2 naməlum şəxs mafiya başçısının avtomobilini atəşə tutublar. 

“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya Sərkisyanı dəyişdirəcək...”

20 Aprel 2018 12:43

Rusiya Ermənistanda qərbmeylli qüvvələrin başlatdığı etiraz hərəkatının hakimiyyət dəyişikliyi ilə nəticələnməsinə yol verə bilməz, çünki Ermənistan Rusiya üçün Cənubi Qafqazda çox mühüm müttəfiqdir.

Terror təşkilatı qurbanlarına görə üzr istədi

20 Aprel 2018 12:40

ETA terror təşkilatı öz qurbanlarından üzr istəyib.

ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək? – Pentaqondan münasibət

20 Aprel 2018 12:37

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçelin “Rusiyadan S-400 müdafiə raketləri almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq oluna bilər” açıqlamasından sonra, ABŞ Müdafiə Nazirliyi də mövzuya münasibət bildirib. 

Aksiyaçıların Sarkisyana qarşı “soyqırım” planı

20 Aprel 2018 12:36

Nikol Paşinyan 24 aprellə (qondarma erməni soyqırımının qeyd edildiyi gün – red.) bağlı planlarını açıqlayıb. Paşinyan etirazçıların qondarma erməni soyqırımının şərəfinə ucaldılan Tsitsernakaberd memorialına gedəcəyini bildirib.

218 illik tarixi xəritəni qaçırmaq istəyən şəxs SAXLANILDI

20 Aprel 2018 12:28

Fələstinə məxsus tarixi xəritə ələ keçirildi. Olaylar.az bildirir ki, 218 illik xəritə Qahirə Beynəlxalq hava limanından xarici ölkəyə qaçırmaq istəyən şəxs həbs olunub. Xəritə Misir Kitablar və Sənədlər İdarəsinə təhvil verilib.

Dövlət bayrağına həsr olunmuş mühazirələr keçirilir

20 Aprel 2018 12:28

Bakı məktəblərində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Penitensiar müəssisələrə din xadimlərinin dəvət olunması təklif edilir

20 Aprel 2018 12:28

Penitensiar müəssisələrdə, müvəqqəti saxlama yerlərində dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin dəvət olunması təklif edilir.

Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlər hazırlanacaq

20 Aprel 2018 12:27

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlərin hazırlanması və təlimlərin keçirilməsi” layihəsinin icrasına başlanılıb. İctimai Birlikdəb “OLAYLAR”-a verilən məlumata görə, üç ay müddətində icra olunması nəzərdə tutulmuş layihə təlim və görüşlər formatında keçirilməklə ümumilikdə Dayanıqlı İnkişaf Məqsədləri və onun 3-cü məqsədi olan “Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək” mövzusunu əhatə edəcək.

DYƏT baş direktorlar konfransının XXXIII iclası keçirilib

20 Aprel 2018 12:26

Vyetnamın Dananq şəhərində DYƏT Baş direktorlar (məsul nümayəndələri) konfransının XXXIII iclası keçirilib.  İclasda “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, iclas bir çox məsələlər müzakirə olunub.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni vebsaytı istifadəyə verilib

20 Aprel 2018 12:26

BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni vebsaytı istifadəyə verilib. Təşkilatın Bakı ofisinin İnformasiya Departamentindən “OLAYLAR”-a bildirilib ki, əvvəlki saytımızdan fərqli olaraq, yenisinin aşağıdakı özəllikləri olacaq. Belə ki, vebsayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. BMT-nin Azərbaycanda fəaliyyət göstərən bütün agentliklərin fəaliyyətini işıqlandıracaq.

Azərbaycanlı zəvvarların növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

20 Aprel 2018 12:24

Azərbaycandan bir qrup zəvvarın növbəti kiçik Həcc ziyarətinin (Ümrə) tarixi açıqlanıb.