Aksiyaçıların Sarkisyana qarşı “soyqırım” planı

Nikol Paşinyan 24 aprellə (qondarma erməni soyqırımının qeyd edildiyi gün – red.) bağlı planlarını açıqlayıb. Paşinyan etirazçıların qondarma erməni soyqırımının şərəfinə ucaldılan Tsitsernakaberd memorialına gedəcəyini bildirib.

Nikol Paşinyan 24 aprellə (qondarma erməni soyqırımının qeyd edildiyi gün - red.) bağlı planlarını açıqlayıb. Paşinyan etirazçıların qondarma erməni soyqırımının şərəfinə ucaldılan Tsitsernakaberd memorialına gedəcəyini bildirib. "Vətəndaşların özləri qərar verirlər. Əgər Serj Sərksiyan memorialda olsa, məncə, insanlar onunla görüşmək istəyəcəklər. Biz ssenariləri müzakirə edəcəyik. Əgər bu variant dəstəklənsə, o zaman ona ciddi yanaşacağıq", - deyə o bildirib. O, baş nazir olub-olmayacağı ilə bağlı sualları da cavablandırıb: "Mən bu cür bəyanat verə bilmərəm. Bizim əsas məqsədimiz məxməri inqilabı uğurlu etməkdir". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31