Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlər hazırlanacaq
Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlərin hazırlanması və təlimlərin keçirilməsi” layihəsinin icrasına başlanılıb. İctimai Birlikdəb “OLAYLAR”-a verilən məlumata görə, üç ay müddətində icra olunması nəzərdə tutulmuş layihə təlim və görüşlər formatında keçirilməklə ümumilikdə Dayanıqlı İnkişaf Məqsədləri və onun 3-cü məqsədi olan “Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək” mövzusunu əhatə edəcək.
20 Aprel 2018 12:27 SosialAzərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən "Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlərin hazırlanması və təlimlərin keçirilməsi" layihəsinin icrasına başlanılıb. İctimai Birlikdəb "OLAYLAR"-a verilən məlumata görə, üç ay müddətində icra olunması nəzərdə tutulmuş layihə təlim və görüşlər formatında keçirilməklə ümumilikdə Dayanıqlı İnkişaf Məqsədləri və onun 3-cü məqsədi olan "Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək" mövzusunu əhatə edəcək.
Layihə çərçivəsində cəmiyyətin həsas quruplarının sağlamlıq məslələri, yoluxucu xəstəlikər, zərərli vərdişlər, narkomaniyadan özünü və ətrafındakı insanları müdafiə haqqında yeni yanaşmalara yiyələnmələri və bu sahədə aktiv iştirak etmələri üçün maarifləndirici çap materiallarının hazırlanması, təlimlərin keçirilməsi nəzərdə tutulur.