ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək? – Pentaqondan münasibət

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçelin “Rusiyadan S-400 müdafiə raketləri almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq oluna bilər” açıqlamasından sonra, ABŞ Müdafiə Nazirliyi də mövzuya münasibət bildirib. 

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçelin "Rusiyadan S-400 müdafiə raketləri almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq oluna bilər" açıqlamasından sonra, ABŞ Müdafiə Nazirliyi də mövzuya münasibət bildirib.  Nazirliyin sözçüsü Dana Vayt mövzu ilə əlaqədar sualı cavablandırarkən bildirib ki, məsələ ilə bağlı Türkiyə dövləti ilə müzakirələr aparırıq: "Nəticədə türklər ən yaxşı strateji qazancı haqqında özləri qərar verəcək. Bu barədə qərar rəsmi Ankaranın üzərinə düşür. Bu raket sistemlərinin NATO tərəfindən qəbul edilməməsini, bundan təşkilatın narahat olduğunu Türkiyə rəsmilərinə bildirmək üçün görüşlər keçiririk". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31