Gündəm
"Quska"nı Türkiyədə tutub, Bakıya gətirdilər - Prokurorluqda dindirilib (YENİLƏNDİ)
Türkiyədə tutularaq Azərbaycana gətirilən “Quska” ləqəbli Hüseyn Abdullayev “İnterpol” xətti ilə saxlanılıb. Hüseyn Abdullayev Türkiyədə “İnterpol” vasitəsilə saxlanılıb və Azərbaycan DİN və Baş Prokurorluq əməkdaşlarına təhvil verilib. Bakıya gətirilən H.Abdullayev hazırda Baş Prokurorluqda ifadə verir.
Rövşən Rzayev deputat mandatından məhrum ediləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin deputat mandatına xitam veriləcək. R.Rzayev deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.
Aparıcı Nərgiz idealındakı kişini açıqladı:"Onunla kim sevgili olmaq istəməz?" - FOTOLAR
Özünü həm də aktrisa kimi sınayan cazibədar aparıcı Nərgiz Məmmədova dəvət alsa, xarici ölkələrdə filmə çəkiləcəyini də deyib. Lakin şərtlərini də gizlətməyib. Açıqlama verən Nərgiz yüksək qonorar müqabilində belə, açıq-saçıq rollara çəkilməyəcəyini bildirib:
Qara Qarayevin musiqisi Amerikada səsləndi
Vaşinqton şəhərində yerləşən Amerikanın əsas milli dini məbədində azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqin konserti keçirilib. Sözügedən baş kilsə hər dörd ildən bir ABŞ prezidentinin vəzifəsinə başlaması münasibətilə təşkil olunan andiçmə mərasimi də daxil olmaqla, rəsmi dini ayinlərin keçirildiyi məkandır. Cəmilə Cavadova-Spitzbeqin konsert proqramında Yohann Sebastiyan Bax və Feliks Mendelson kimi klassik qərb bəstəkarlarının musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səslənib. Bəstəkar Qara Qarayevin fortepiano prelüdiyasının Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova tərəfindən hazırlanan orqan üçün transkripsiyası, eləcə də Vasif Adıgözəlovun “Muğam-fantaziyası” ABŞ auditoriyasına təqdim edilən əsərlər sırasında idi.
Fransanın Yunanıstandakı səfirliyi hücuma məruz qaldı
Fransanın Afinadakı səfirliyinə hücum edilib. “Rubikon” adlı anarxist qruplaşmanın üzvləri diplomatik missiyanın binasının üzərinə boya atıblar.
Azərbaycan İpək Yolu həftəsində - Çikaqoda
ABŞ-ın əsas siyasi və biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində 2018-ci il üzrə İpək Yolu həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. Son illərdə artıq ənənə halını almış bu konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçinin biznes sektorunun təmsilçiləri dəvət olunmuş və onlar tərəfindən Çindən Avropaya doğru uzanan bu yolun bərpası məqsədilə görülər tədbirlər barədə təqdimatlar verilmişdi. Azərbaycanla yanaşı, tədbirdə Çin, Pakistan, İndoneziya, Özbəkistan, Qazaxıstan və Türkiyəni təmsil edən nümayəndələr iştirak etmişdir. Tədbirə həmçinin bir sıra dövlətlərin Çikaqoda yerləşən konsulluq təmsilçiləri, eləcə də ABŞ-ın Mərkəz-Qərb regionun digər şəhərlərində fəaliyyət göstərən və regionda biznes əlaqələrinin inkişafı ilə maraqlanan şirkət nümayəndələri qatılıb.
Türkiyədə zəlzələ
Ölkəmiz dünya çempionatında təmsil olunacaq
Aprelin 26 -28 tarixlərində Macarıstanın Budapeşt şəhərində Kempo İKF üzrə növbəti 15 - ci Dünya kuboku və Dünya çempionatı keçiriləcək.
Abid Şərifovun səhhəti pisləşdi
Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb. A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun yerləşdirildiyi xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.
Daha bir braziliyalı ulduz karyerasına nöqtə qoydu
Braziliyanın "Flamenqo" klubunun formasını geyinən Julio Sezar 38 yaşında futbol karyerasına nöqtə qoyub. O, Braziliya A seriyasında "Atletiko Mineyro" ilə oyunda sonuncu dəfə çərçivəni qoruyub. Öz dövrünün etibarlı qolkiperlərindən olan Julio karyerası ərzində "İnter", KPR (İngiltərə), "Benfika" və "Toronto" kimi klubların şərəfini qoruyub. Milan klubuyla Çempionlar Liqasının, Braziliya millisiylə isə iki dəfə FİFA Konfederasiyalar kubokunun və bir dəfə Amerika kubokunun qalibi olub.
Türkiyədə ağır yol qəzası: 25 yaralı - FOTO
Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 21-i hərbi qulluqçu olmaqla, 25 nəfər xəsarət alıb.
Dubayda məşhur biznes mərkəz yandı
Dubayda məşhur biznes mərkəz “Almaz Towers”-də yanğın baş verib. Mərkəzdəki bütün ofislər təxliyyə olunub. Yanğın 63-cü mərtəbədə başlayıb. Hadisə yerinə yanğınsöndürənlər göndərilib. Hadisə şahidlərinin sözlərinə görə, yanğının saat 15:15 radələrində başladığı bildirilir.
Maykl Ceksonun ayaqqabıları satılacaq
Pop musiqinin kralı Maykl Ceksonun məşhur rəqs hərəkətlərini ifa etdiyi ayaqqabıları ABŞ-ın Kaliforniya ştatında hərracda satılacaq. Bu barədə hərrac evindən məlumat verilib: “Bu, onun səhnədə ilk ifa etdiyi məşhur rəqsi zamanı geyindiyi ayaqqabısıdır”.

.jpg)





.jpg)




.jpg)

