Azərbaycan İpək Yolu həftəsində -  Çikaqoda

ABŞ-ın əsas siyasi və biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində 2018-ci il üzrə İpək Yolu həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. Son illərdə artıq ənənə halını almış bu konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçinin biznes sektorunun təmsilçiləri dəvət olunmuş və onlar tərəfindən Çindən Avropaya doğru uzanan bu yolun bərpası məqsədilə görülər tədbirlər barədə təqdimatlar verilmişdi. Azərbaycanla yanaşı, tədbirdə Çin, Pakistan, İndoneziya, Özbəkistan, Qazaxıstan və Türkiyəni təmsil edən nümayəndələr iştirak etmişdir. Tədbirə həmçinin bir sıra dövlətlərin Çikaqoda yerləşən konsulluq təmsilçiləri, eləcə də ABŞ-ın Mərkəz-Qərb regionun digər şəhərlərində fəaliyyət göstərən və regionda biznes əlaqələrinin inkişafı ilə maraqlanan şirkət nümayəndələri qatılıb.

Bu ilki konfransda da ölkəmiz Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təmsil edilib. Səfirliyin əməkdaşı Azad Aslanov tədbirdə çıxış edərək iştirakçıları ölkəmizin bu yolun bərpasına verdiyi töhfələri, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat layihələri, həmçinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı üzrə həyata keçirilən ardıcıl tədbirlər və biznes əlaqələrinin inkişafı üzrə mövcud imkanlar bərədə məlumatlandırdı. 

Tədbirdə çıxış edən bəzi çıxışçılar tərəfindən Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanmış, bir sıra şirkətlərin nümayəndələri ölkəmizdə biznes imkanları və turistik səfərlər ilə maraqlanmışdır.

Tədbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilmişdir. Həmçinin, konfransın dəstəkləyici təşkilatları qismində ABŞ-Azərbaycan Ticarət Palatası, "SME Group" şirkəti, "Tianjin İqtisadi Texnoloji İnkişaf Sahəsi", Türkiyənin Hacıtəpə Universitetinin Biznes Kolleci, "ABŞ-Qazaxıstan Biznes Assosiasiyası" və digərləri çıxış etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31