Abid Şərifovun səhhəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb. A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun yerləşdirildiyi xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.

A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun yerləşdirildiyi xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.

Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.

Abid Şərifov vəzifədən ötən gün azad edilib.  İnterpress.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31