Gündəm
İtkin düşən gənclərin axtarışına helikopter cəlb edilib
18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.
İlin ən yaxşısı Məhəmməd Salah
Liverpul forması ilə ulduzunu parıldadan misirli futbolçu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.
Dar paltar geyinən insanların bədənində gedən dəyişikliklər sizi çox TƏƏCCÜBLƏNDİRƏCƏK!
Dar paltarlar orqanların sağlamlığına mənfi təsir edir, xüsusilə dar cins kimi sərt parçalar bu zərəri iki dəfə artırır.
Anar Məmmədxanovun il dönümüdür – VİDEO
Bu gün ictimai xadim, sabiq millət vəkili, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anr Məmmədxanovun ölümündən 7 il keçir.
"Lüt" efirə çıxan Könülün sinəsi göründü
Açıqlamaları kimi son zamanlar geyimləri ilə də diqqətləri üzərinə çəkən aktrisa-aparıcı Könül Yusifqızı aparıcılığını etdiyi "Yarasa" proqramına şəffaf geyimdə çıxıb. Xanım aparıcının transparan geyimi sinəsinin görünməsinə səbəb olub.
AŞ PA-nın yaz sessiyasına start verildi
Aprelin 23-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da AŞPA-nın yaz sessiyasında iştirak edir.
Azərbaycanda daha bir nazir işdən çıxarıldı
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da işsiz qalıb. Məlumata görə, 63 yaşlı nazir postu ilə vidalaşıb. Bağırov artıq təhvil-təslim işlərini həyata keçririr.
ABŞ-da 4 nəfəri qətlə yetirən çılpaq kişi əvvəllər Trampla görüşməyə cəhd edib
ABŞ-ın Neşvill şəhərində atəş açaraq 4 nəfəri qətlə yetirən çılpaq kişi əvvəllər Ağ Evə soxularaq prezident Donald Trampla görüşməyə cəhd edib.
Nazir: "Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır"
"Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələr ilə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək". Məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.
Aİ-nin əksər təmsilçiləri üçün Serj Sarkisyan əgər Həzrəti İsa deyilsə də, ən azı onun 13-cü həvarisidir
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi aprelin 18-i gecə yarısı və bazar günü, aprelin 22-də Ermənistandakı mitinqlərə münasibət bildirən bəyanatlar yaydı. Bəyanatda diqqət çəkən bir fikir var idi ki, Ermənistan hökuməti ictimai təhlükəsizlik naminə əndazəni aşmayan həddə qanunu tətbiq edə bilər.
Skleroz xəstələrinin müalicəsi ilə bağlı yeni sənəd hazırlanacaq
Azərbaycanda dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokollar hazırlanacaq və tətbiq ediləcək. Məlumata görə, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin imzaladığı "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər planına əsasən, klinik protokollar 2019-cu ildə hazırlanaraq tətbiq ediləcək.
Politoloq: “Armen Sərkisyan Serj Sarkisyandan asılı olmalı idi”
“Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də prezident Armen Sərkisyandır. Bəli, onu indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Hüseyn Əzizoğlunun Maral Tahirqızı ilə videosu yayıldı
Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur - HƏKİM RƏYİ
Bəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik. Bu, bəzən cavan insanlarda da müşahidə edilir. Amerikalı mütəxəssislər bunun təsadüfi və ya yaşla əlaqəli deyil, məhz "Parkinson" xəstəliyinin simptomu olduğunu düşünürlər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər. Həkimlər bildirir ki, əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilir. Lakin bu, kənardan qətiyyən hiss olunmadığı müddətcə normal hesab edilir.














