AŞ PA-nın yaz sessiyasına start verildi
Aprelin 23-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da AŞPA-nın yaz sessiyasında iştirak edir.
23 Aprel 2018 11:23 SiyasətAprelin 23-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, sessiyada MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da AŞPA-nın yaz sessiyasında iştirak edir. Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev iştirak edir. Sessiya çərçivəsində qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. O cümlədən, Liviyada vəziyyət, "Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzuları müzakirə ediləcək. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti də müzakirə ediləcək.Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir. Sessiya aprelin 27-də başa çatacaq.