Anar Məmmədxanovun il dönümüdür – VİDEO
Bu gün ictimai xadim, sabiq millət vəkili, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anr Məmmədxanovun ölümündən 7 il keçir.
23 Aprel 2018 11:31 MədəniyyətBu gün ictimai xadim, sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anr Məmmədxanovun ölümündən 7 il keçir.
20 İyul 1970-ci ildə Bakıda anadan olan Anar Məmmədxanov 41 yaşında kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xətəliyi səbəbilə vəfat edib.
Kapitanlığını etdiyi "Bakılı oğlanlar" "Şən və Hazırcavablar" klubu ilə 2000-ci ildə 20-ci əsrin çempionu titulunu qazanıb. Bu kubok, müstəqil Azərbaycan Respublikasının qazandığı ilk kubokdur.
Bitərəf kimi birinci, ikinci, üçüncü çağırış Milli Məclisin deputatı olan Anar Məmmədxanov, Azərbaycan tarixinin ən gənç millət vəkili olub.
Bundan əlavə "Ultra Prodakşın" şirkətinin və "Day.az" xəbər saytının yaradıcısı idi.
"Xalqımıza 3 sivil, mədəni və vətənpərvər uşaq vermişəm" deyən "Kapitan Anar"-ın özündən sonra 3 övladı yadigar qalıb.
Olaylar.az bildirir ki, bu günə kimi Anar Məmmədxnovun əziz xatirəsinə 4 kitab nəşr edilib.
İlk kitab 2014-cü ildə nəşr edilib. Bu kitabda onun analitik məqalələri, şərhləri, açıq məktubları yer alıb.
İkinci kitab 2015-ci ildə nəşr edilib. Bu kitaba 2011-ci ilə qədər müxtəlif mətbuat orqanlarından olan jurnalistlərin Anar Məmmədxanovla müsahibələri toplanıb.
Üçüncü kitab "Özünə sadiqlik" ilk kitabın Azərbaycan dilinə tərcüməsidir.
Dördüncü kitab isə 2018-ci ildə yazıçı-publisist Elmira Axundovanın müəllifi olduğu "Kapitanın taleyi" kitabıdır. Kitabda Anar Məmmədxanovu tanıyan 100-ə yaxın şəxsin xatirələri yer alıb.
Yazıçı Anar kitab barədə bildirib ki, "Anar Məmmədxanov kimi istedadı dərindən tanımaq bizim gənclər üçün faydalıdır və Elmira Axundova bu kitabda bununla bağlı nə lazımdır təqdim edib".
2012-ci ildə "Ultra Prodakşın" şirkəti tərəfindən Anar Məmmədxanovun həyat və yaradıcılığına həsr edilən "Kapitan" sənədli filmi çəkilib. Həmin filmi aşağıdan izləyə bilərsiniz.