Gündəm

“Toppuş bacı” toy qiymətini açıqladı

23 Aprel 2018 12:12

Əməkdar artist Tünzalə Əliyeva xına mərasimlərinə getdiyi qiyməti açıqlayıb. Aktrisa bildirib ki, xınaya 500 manata gedir. "Toppuş bacı" əvvəl bu qiymətin daha yüksək olduğunu, indi isə endirim etdiyini söyləyib. O, eyni zamanda, özü ilə birlikdə dekor da apardığını vurğulayıb.

ABŞ-da qasırğa həyatı iflic etdi, 5 nəfər yaralandı

23 Aprel 2018 12:10

ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti daha ağırdır.

Dayanacaqda əxlaqsızlıq edən 41 yaşlı qadın tutuldu

23 Aprel 2018 12:08

İctimai yerlərdə əxlaqsızlıq edənlərin sayı artmaqdadır. Bu dəfə də belə bir hadisə İngiltərədə, Nottinqhem qraflığındakı dayanacaqda baş verib.

Rusiyalı nazir: "Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır"

23 Aprel 2018 12:03

“Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Günay İbrahimli gecə yarası saatlarla soyuq SUYUN ALTINDA QALDI - VİDEO

23 Aprel 2018 12:00

Müğənni Günay İbrahimli “Peşmanam” adlı klipini təqdim edib. Sözləri Günelə, musiqisi Elvin Abdullayeva məxsus layihə ifaçının “Youtube” səhifəsində yayımlanıb. Bir neçə gündür ki, müzakirə olunan klipinin rejissoru Fərhad Əlidir, çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub.

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib

23 Aprel 2018 11:58

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib. Dünya Bankı xəbər verir ki, bu il Azərbaycanda iqtisadi artım 1,8% təşkil edəcək. DB-nin mütəxəssisləri hesab edir ki,  "Şahdəniz 2" layihəsinin hesabına Azərbaycanda ortamüddətli dövrdə ÜDM artımı, qeyri-neft sektorunun inkişafı sürətlənəcək. Bundan başqa, qurumun analitiklərinin fikrincə, ölkənin sabit neft hasilatı və dünya bazarında "qara qızıl"ın qiymətinin yüksək olması da iqtisadi artım tempinə müsbət təsir edəcək.

Regionlarda ASAN xidmət

23 Aprel 2018 11:56

Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində,3 may Zərdab rayonunda,10 may Xaçmaz şəhərində,  4 may Xızı şəhərində,  19 may Şirvan şəhərində, 7 may Binə qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Çində baş verən yol qəzasında 7 nəfər ölüb

23 Aprel 2018 11:54

Çində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Çinin Çunçin şəhər yol polisi məlumat verib.

Azərbaycan prezidenti Rusiya iqtisadi inkişaf nazirini qəbul edib

23 Aprel 2018 11:52

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.

Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqlənib

23 Aprel 2018 11:48

Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib. Məlumata görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.

Saakaşvilidən İrəvan aksiyasına reaksiya: Qarabağın həlli...

23 Aprel 2018 11:45

Ermənistanda insanlar nə istədiklərini aydın şəkildə anladırlar. Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

Oliqarxlar Putindən 100 milyard istədi

23 Aprel 2018 11:43

ABŞ-ın yeni sanksiyalar siyahısına düşən Rusiya şirkətləri hökumətdən yüz milyard rubl məbləğində maliyyə yardımı tələb edib. Bu sözləri Rusiyanın Maliyyə naziri Anton Siluanov deyib. “Bizə bir sıra şirkətlər likvidlik formasında yardımla bağlı müraciət ediblər. Düşünürəm ki, onlara “Promsvyazbank” dəstək ola bilər”, - nazir bildirib.

DTX əməliyyata başladı: gizli ibadət-tədris kompleksi...

23 Aprel 2018 11:40

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.

DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət etdi

23 Aprel 2018 11:38

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərə müraciət edib. DİM-dən “Olaylar”a verilən məlumata görə, inzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.